Evdə əlili və ya xəstə uşağı olan ailələrə dövlətdən daha bir yardım
Tarix: 29.02.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Evdə əlili və ya xəstə uşağı olan ailələr dövlətdən daha bir yardım alacaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonlarda günərzi xidmətlərinə başlayıb.
Günərzi xidməti ayrı-ayrı rayonlarda yaradılmış günərzi mərkəzlərində həyata keçiriləcək. Nazirliyin sifarişi ilə ixtisaslaşmış təşkilatlar bu mərkəzlərdə əlillərə və xəstə uşaqlara sosial və reabilitasiya xidmətləri göstərəcəklər. Məqsəd evdə əlili və ya xəstə uşağı olan ailələrə dəstək verməkdir. Məsələ bundadır ki, əksər hallarda belə ailələrdə əlil və ya xəstə uşalara onların yaxınları və valideynləri qulluq edirlər. Bu isə həmin şəxslərin işləməsinə mane olur. Bu problemi həll etmək üçün günərzi mərkəzləri işə düşüb. Bu mərkəzlərdə əlillər və xəstə uşaqlar iş gününün sonanədək qulluqla təmin olunur, axşam isə yaxınları tərəfindən evə aparılır. Mərkəzlərdə həmin şəxslərlə bağlı müxtəlif proqramlar nəzərdə tutulub. Belə ki, burada 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və xəstə uşaqların “Portec” metodikası ilə sosial reabilitasiyası həyata keçirilir. Həmçinin bu uşaqlar və əlillər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlara qatılmasına şərait yaradılması da nəzərdə tutulub.
Görmə imkanları məhdud olan uşaqlara xüsusi proqramlar vasitəsilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların surdoloji xidmətlərlə təmin olunması da planlar sırasındadır.
Ötən ildə nazirliyin sosial sifarişlər əsasında ixtisaslaşmış QHT-lər tərəfindən ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info