TANAP-ın ilk hissəsinin inşasının 24 faizi yekunlaşıb
Tarix: 29.02.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə əlaqədar işlər plan üzrə irəliləyir. Boru kəmərinin 1335 kilometr uzunluğunda 56 düyümlük ilk hissəsinin inşasının 24 faizi artıq tamamlanıb. Kəmərin 320 kilomertlik hissəsi üzrə boruların qaynağı yekunlaşıb, 600 kilometr uzunluğunda isə kəmər xətti boyunca torpaq işi görülüb.
Bu barədə  TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, TANAP-ın inşası işlərinə xarici şirkətlərin mütəxəssisləri ilə yanaşı, Türkiyə və Azərbaycandan olan mühəndislər də cəlb olunub. Boruların 80 faizi Türkiyədə istehsal edilir. Bu vaxtadək 938 kilometr uzunluğunda borular istehsal olunub və təxminən 738 kilometr uzunluğunda borular ərazilərə daşınıb, xətt boyunca düzülüb. “Ümid edirik ki, əvvəlcədən də nəzərdə tutulduğu kimi, 2018-ci ildə Azərbaycan qazı TANAP-la Türkiyəyə çatdırılacaq” – deyə S.Düzyol vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
25.04.2019
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25.04.2019
“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Anlaşma Memorandumu imzaladı
25.04.2019
Çin şirkətləri bərpaolunan enerji sahəsində iştiraka dəvət edilib
25.04.2019
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info