Hövsan və Türkanda daş karxanaları ləğv ediləcək
Tarix: 29.02.2016 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“Böyük Bakının Regional İnkişaf Planı layihəsinə uyğun olaraq Bakıda Yeni Türkan qəsəbəsi yaradılacaq”. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib. "Yeni Türkan qəsəbəsi üçün ayrılmış torpaq sahəsi 2000,0 ha ərazini əhatə etməklə şimaldan qədim Qala kəndi, şimal-şərqdən Türkan kəndi, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə sərhədlənən bir ərazidə yerləşir. Yeni salınacaq qəsəbə şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnib. Ərazidə mövcud yaşayış əraziləri, sahibkarlıq üçün ayrılmış ərazilər, sənaye əraziləri və hal-hazırda istismarı dayandırılmış daş karxanaları mövcuddur. Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir. Ərazinin cənubundan dənizə çıxan hissəsi isə əsasən fərdi yaşayış evləri ilə sahil boyunca əhatələnib”, - deyə A.Ələsgərov vurğulayıb.
Komitə sədrin sözlərinə görə, Yeni Türkan qəsəbəsinin eskiz layihəsinin həllində mövcud faktlar nəzərə alınaraq öz həllini tapıb.
"Qəsəbə Türkan və Hövsan yaşayış məntəqələri ilə mövcud və yeni layihələndirilən avtomobil yolları vasitəsilə əlaqələndirilib. Əsas mərkəzi küçələrdə 3-5 mərtəbəli terras tipli yaşayış evləri və ətrafda həyətyanı sahəli fərdi yaşayış evlərinin layihələndirilməsi nəzərdə tutulur. Qəsəbədə bütün inzibati, sosial-mədəni və məişət müəssisələri, istirahət mərkəzləri, sənaye (mövcud və yeni salınan) müəssisələri və s. layihələndirilib. Ərazidə yerləşən daş karxanalarının yerində süni göllər yaradılaraq istirahət guşələri kimi istifadə olunması nəzərdə tutulub. Layihələndirilmiş ərazi 1350 ha olmaqla 35-40 min nəfər əhali üçün nəzərdə tutulur”, - deyə A.Ələsgərov qeyd edib.
A.Ələsgərov həmçinin vurğulayıb ki, Böyükşor gölünün tam bərpa edilməsinin II mərhələsi 2016-2020-ci illəri əhatə edəcək: “Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info