Səyyar “ASAN xidmət” Saatlıda
Tarix: 29.02.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada bölgələrdə əhaliyə xidmət göstərməkdə davam edir.
“ASAN xidmət” mərkəzinin xüsusi avtobusları fevralın 23-dən Saatlıya gələrək, rayon sakinlərinə 5 dövlət orqanına aid hüquqi və yardımçı xidmətlər göstərir.
Sakinlər daha çox şəxsiyyət vəsiqələrinin və ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların alınması, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri və mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edirlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Yerli sakinlər operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri üzərində qurulan xidmətlərdən razılıqlarını bildirirlər.
Xidmətin əməkdaşları martın 3-dək Saatlıda olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info