“Bakı Ağ Şəhər Bulvar xətti dünyanın ən uzun bulvarına çevriləcək“
Tarix: 29.02.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


"Hazırda Bakı buxtasının lap mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi və dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 221 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması üçün indiyə kimi görünməmiş perspektiv yaranıb". Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib. Komitə sədrinin sözlərinə görə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilib. "Ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev aeroportu ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilib", - deyə A. Ələsgərov vurğulayıb. A. Ələsgərov vurğulayıb ki, Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti "Atkins" (Böyük Britaniya) çıxış edib: "Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur Norman Foster tərəfindən əsası qoyulmuş məşhur "Fosters + Partners" memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, ABŞ-ın tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilib. Bakı Ağ Şəhər layihəsinin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcək. Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Sahibkarlığa bu qədər dəyərin verilməsi çox böyük şərəf və məsuliyyətdir
17.06.2019
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin siyahısı
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info