Avstriya səfiri: “Cənub” qaz dəhlizi Avropa İttifaqı üçün strateji layihədir
Tarix: 29.02.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Cənub” qaz dəhlizi Avropa İttifaqı üçün strateji layihədir. Qaz tədarükünün diversifikasiyasında bizə kömək edən bu qaz dəhlizi yeganə layihə olmayacaq.
Bu fikri Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyəti ilə görüşündə deyib. Görüşdə Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıq və əlaqələrin informasiya səviyyəsində genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərə toxunulub. Aksel Vex Caspian European Club-un fəaliyyətini və keçirdiyi tədbirləri, o cümlədən ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni biznes münasibətlərinin qurulması məqsədilə biznes-forumlarda Avstriya şirkətləri üçün yaradılmış iştirak imkanını müsbət dəyərləndirib.
“Azərbaycanın Avstriyaya ixracat üzrə ticarət dövriyyəsinin müsbət saldosu var. Amma bu saldonun əsasını, bir qayda olaraq, neft-qaz resursları təşkil edir. Avstriyaya neft və qaz ixracı ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 92 faizini təşkil edir”, - deyən səfir ikitərəfli əlaqələrdə diversifikasiyanın qaçılmaz olduğunu söyləyib.
Azərbaycan hazırda əsas diqqəti qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatına yönəltdiyini vurğulayan Aksel Vex qeyd edib ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirir. Bütün bunları reallaşdırmaq üçün müəyyən zamana ehtiyac var.
Görüşdə diqqətə çatdırılıb ki, Avstriyanın bir çox şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edirlər. Onların əksəriyyəti Azərbaycandakı fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını, uzunmüddətli perspektivlərlə əməkdaşlıq etmək istədiklərini bildirirlər. Dünyada hökm sürən böhrana baxmayaraq, şirkətlərin burada qalmaq istəmələri çox yaxşı göstəricidir. Avstriya kənd təsərrüfatı, turizm, inşaat, ekoloji sahədə, texnologiya, İKT və infrastruktur sektorları üzrə əməkdaşlıqda maraqlıdır.
“Biz bütün səylərimizi mədəniyyət sahəsində cəmləməyə çalışırıq. Bu ilin birinci yarısında Vyana balı keçirməyi planlaşdırırıq. Bundan əlavə, Avstriyanın nəhəng şirkətlərindən biri Azərbaycanda bir sıra idman tədbirləri təşkil edəcək”, - deyə səfir bildirib.
Səfir, həmçinin məlumat verib ki, Avstriya kənd təsərrüfatı nazirinin iyun ayında Azərbaycana səfəri gözlənilir. Yeni yaradılmış Avstriya-Azərbaycan parlament dostluq və əməkdaşlıq qrupu da Bakıya səfər edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info