DSX-da müşavirə keçirilib
Tarix: 29.02.2016 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Ötən il 113 nəfər dəniz sərhədçisi xarici ölkələrdə kurslara cəlb olunub

Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən dövlətimizin hərbi qüdrətinin əhəmiyyətli dərəcədə yüksəldiyini, bütün sosial və infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salınan müşavirədə ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində lazımi texniki imkanların yaradılması və dəniz sərhədlərimizin mühafizəsinin təmin edilməsi, Prezident İlham Əliyevin sərəncamına əsasən 2005-ci ilin fevral ayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması, cənab Ali Baş Komandan tərəfindən 2008-ci ilin noyabrında DSX-nin Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ilin iyul ayında Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi, DSX-nin Sahil Mühafizəsinin böyük inkişaf yolu keçərək Xəzər dənizində dövlət maraqlarımızı ən yüksək səviyyədə təmin etməyə qadir olan mükəmməl quruma çevrilməsi və hazırda hər cür hava şəraitində dövlət sərhədini qorumaq imkanlarına malik olması xüsusi qeyd olunub.
Müşavirədə vurğulanıb ki, son illərdə dəniz sərhədlərimizin daha etibarlı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirilib, Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi təmin olunub. Tam peşəkar heyətlə komplektləşdirilmiş Sahil Mühafizəsi hazırda dövlət maraqlarımızın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktura malikdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərir. Şəxsi heyətin ekstremal şəraitdə peşə vərdişlərinin və döyüş hazırlığının yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş və taktiki təlimlər müvəffəqiyyətlə keçirilir.
Dənizdə bir neçə mürəkkəb axtarış-xilasetmə əməliyyatlarını uğurla həyata keçirən sərhədçilər istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, sərhədlərimizin toxunulmazlığını təmin etməyə, qarşıya qoyulmuş ən çətin vəzifələri yerinə yetirməyə qadir olduqlarını sübut ediblər. 2013-cü ilin avqust ayında Xəzər dənizinin «Bulla-dəniz» yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sərrast atəşləri nəticəsində platformanın yanğının söndürülməsinə imkan vеrməyən avadanlıqlardan təmizlənməsi, nəticədə Xəzər dənizinin еkоlоgiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması, 2015-ci ilin dekabr ayında “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar sərhəd gözətçi gəmilərinin axtarış-xilasetmə işlərində fəal iştirak etmələri qeyd olunub.
Dəniz sərhədlərinin daha müasir və səmərəli mühafizə sisteminin yaradılması üçün məqsədyönlü işlər görülüb, sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, 113 nəfər dəniz sərhədçisi xarici ölkələrdə kurslara cəlb olunub, yeni gəmilər üçün idarəetmə heyətləri hazırlanıb, tətbiq edilən texnikanın istifadə qaydalarının öyrənilməsi məqsədilə, eləcə də digər mövzularda Sahil Mühafizəsinin Tədris Mərkəzində çoxsaylı təlimlər təşkil edilib, kurslar keçirilib. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş vahidlərinin sayının artırılması nəticəsində xidməti sahənin ərazisi xeyli genişlənib. Sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsinin yaradılması, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sərhədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə «SONAR» sualtı akustik sisteminin quraşdırılması, mərkəzləşdirilmiş idarəetmə sisteminin təşkil edilməsi, dəniz sərhədlərinin mühafizəsinə aviasiya qüvvələrinin daha səmərəli şəkildə cəlb edilməsi işləri günün aktual məsələləridir.
Prezidentin 2015-ci ilin sentyabrın 7-də inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə tapşırıqlar verməsi qürur hissi ilə qeyd edilib. DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində az vaxt ərzində altı ədəd üçüncü dərəcəli və bir ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq döyüş sıralarına daxil edilib. Sərhəd gözətçi gəmiləri, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, müşahidə sistemləri, hidroakustik qurğularla təchiz edilib.
Müşavirədə məruzə edən DSX-nin Sahil Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa və brokonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini bildirib.
Ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. AR-ə məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.
Prezident İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində DSX Sahil Mühafizəsinin uğurlu fəaliyyəti qeyd olunub.
Hazırda dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsiri barədə müşavirədə geniş danışılıb, mövcud şəraitin bütün fəaliyyət istiqamətlərində yeni yanaşmalar tələb etdiyi qeyd olunub, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info