Naxçıvanda istixana komplekslərinin sayı artırılır
Tarix: 29.02.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında qış aylarında daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tam təminatında istixana kompleksləri əvəzsiz rol oynayır. Hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, regionun müxtəlif bölgələrində 116 min 392 kvadratmetr sahədə 20 istixana təsərrüfatı fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunların 101 min 476 kvadratmetri dövlət maliyyə dəstəyi hesabına, 12 min 416 kvadratmetri şəxsi vəsaitlər hesabına yaradılan müasir istixana kompleksləridir. Bu təsərrüfatlarda 2015-2016-cı mövsüm ilində pomidor, xiyar, badımcan, bibər, limon, çiyələk, göbələk, göyərti, gül kələm, kahı, brokoli və şitil əkini həyata keçirilib.
2015-2016-cı mövsüm ilində istixana komplekslərində yetişdirilən 1733,1 ton məhsul satışa çıxarılıb. Bunun 1048,9 tonunu pomidor, 653,4 tonunu xiyar, 5,7 tonunu göbələk, 16,2 tonunu badımcan, 7,4 tonunu bibər, 1,5 tonunu göyərti təşkil edib.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 2000-2015-ci illər ərzində sahəsi 101 min 476 kvadratmetr olan istixanaların qurulmasına 4 milyon 540 min 500 manat güzəştli kredit verilib. Təkcə 2015-ci il ərzində sahəsi 8 min 906 kvadratmetr olan 7 istixananın yaradılması başa çatdırılıb.
Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Belə ki, 2016-cı ilin ötən dövründə Babək rayonunun Yuxarı Uzunoba kəndində fiziki şəxs Murad Cabbarov tərəfindən 3500 kvadratmetr ərazidə istixana təsərrüfatının qurulması başa çatdırılıb. Şərur rayonunun Qarxun kəndində fiziki şəxs Mənsur Abdinov tərəfindən 1800 kvadratmetr ərazidə istixana təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın əsas hədəflərindən biri özəl sektorun inkişafı hesabına yerli istehsalın artırılmasıdır.
Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə müasir texnologiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info