“Biz bu cür fatalizmi qəbul etməməliyik“
Tarix: 29.02.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerməşum “dondurulmuş münaqişələr” ssenarisini qəbul etmir və ATƏT-ə sədrliyi dövründə bu vəziyyətin aradan qaldırılması üçün çalışacaq.
“Ukrinform.ru” saytının verdiyi xəbərə görə, bu barədə ATƏT sədrinin BMTTəhlükəsizlik Şurasındakı çıxışının mətnində deyilir. “Mən tez-tez "dondurulmuş" və ya "həlli uzanmış" adlandırılan münaqişələri qeyd etmək istərdim. Hesab edirəm ki, biz bu cür fatalizmi qəbul etməməliyik", - deyə çıxışda deyilir.
Nazir Ermənistan –Azərbaycan sərhədində və təmas xəttində ölümcül insidentlərin artmasından narahatlığını ifadə edib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə sülh səylərinin fəallaşdırılmasını təklif edib.
Bununla yanaşı,  F. V. Ştaynmayer dünyanın yenidən "soyuq müharibə" dövrünü yaşaması fikri ilə razı olmadığını qeyd edib. Onun sözlərinə görə, bu gün dünya başqadır, münaqişələr daha çox toqquşan maraqları olan subyektləri ehtiva edir: “Millətlərin mövcudluğunun əsasını indi olduğu kimi, sərhədlərin təhlükəsizliyi və milli suverenlik kimi prinsiplər təşkil etməlidir.  Bu prinsiplərin dəstəklənməsi üçün BMT, ATƏT kimi güclü çoxtərəfli mexanizmlər vacibdir". 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info