Qaradağda internat məktəbinin açılışı olub
Tarix: 29.02.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Bakı şəhəri, Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və internat məktəbinin pedaqoji kollektivi iştirak edib.Qonaqlar əvvəlcə internat məktəbdə görülmüş işlər və yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, internat məktəb əsaslı təmir olunub, 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib. Yeni tikilən əlavə korpus tədris hissəsindən, idman və akt zallarından ibarətdir. Məktəb binasında 8 sinif otağı, kimya və fizika laboratoriyaları, kompüter kabineti, kitabxana və digər tədris-təsərrüfat otaqları var.
Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün qazanxana və nasosxana təmir olunub, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Həmçinin internat məktəbini dayanıqlı elektrik enerjisi ilə təmin emək məqsədilə yeni yarımstansiya quraşdırılıb.
Sonda internat məktəbinin direktoru Xanımqız Şükürova məktəbin pedaqoji kollektivi adından sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info