Prezidentin sərəncamı uğurla icra olunur
Tarix: 29.02.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Fevralın 29-da Qəbələ şəhər dindarlarının məscidi dini icmasının “Dini radikalizm və gətirdiyi fəsadlar” layihəsi çərçivəsində “Dini radikalizm və ona aparan yollar” mövzusunda tədbir keçirilib. Tədbirdə Qəbələ rayonunda fəaliyyət göstərən dini icma rəhbərləri, imamlar, rayon ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ şəhər Cümə məscidinin nümayəndəsi Taleh Şirinov layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirildiyini, müasir dövrümüzdə mövzunun əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Mahir Qəniyev milli-mənəvi dəyərlərimiz, dini radikalizmin fəsadları, radikal-ekstremist ünsürlərin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlər barədə ətraflı çıxış edib.
Daha sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlətin dini qurumlara göstərdiyi qayğı və diqqətdən və dini icmaların ölkədə maarifçilik işinin təşkilində oynadığı mühüm roldan danışıb.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 29-da Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasında da tədbir keçirilib. “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində keçirilən bu tədbirdə  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Ələkbər Quliyev, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Quliyev Vüqar Hacıağa oğlunun valideynləri, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov layihənin keçirilməsinin məqsədindən danışaraq bildirib ki, bu cür layihələr gənclərin milli ruhda böyüməsinə kömək edir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov  tədbirdə geniş məruzə ilə çıxış edib. Azərbaycan xalqının qəhrəmanlıq tarixi barədə danışan Cavanşir Bəhrəmov daha sonra ölkədəki dini durum barədə məlumat verib, dövlətin dinə, xüsusən də şəhid ailələrinə qayğısından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info