ADNSU Fransa nümayəndələri ilə növbəti müzakirələri aparıb
Tarix: 01.03.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Fransız - Azərbaycan universitetinin fəaliyyətə başlaması ilə əlaqədar Fransa nümayəndələri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən silsilə görüşlər davam edir. Belə görüşlərdən biri fevralın 29-baş tutub. ADNSU rektoru Mustafa Babanlı Fransanın Rey universitetinin nümayəndələrini qəbul edib. (Qeyd edək ki, rektor fevralın 22-də Momplye universitetinin nümayəndələrini qəbul etmişdi).
Aparılan müzakirələrdə ADNSU –nun rəhbər heyəti və Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev iştirak ediblər. Görüşdə Fransız - Azərbaycan universitetinin (UFAZ) metodologiyası, proqramı və fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi istiqamətində müzakirələr olub. Tərəflər Azərbycan Fransa hökumətlərinin dəstəyi ilə yaradılan birgə təhsil müəssisəsinin əhəmiyyətini vurğulamaqla təklif və istəklərini bölüşüblər. Fransız-Azərbaycan Universitetində tədris olunacaq ixtisas müəyyənləşib. Rey Universiteti tərəfindən Neftin çıxarılması və hasil olunması ixtisası üzrə mütəxəssis hazırlığı məsələsi ortaya qoyulub. Fransa tərəfi bu ixtisas üzrə aparılan 3 illik təhsilin metodologiysından danışıb.
Görüşdə eləcə də hazırlıq proqramında nələrin nəzərdə tutulması, tədris prosesi zamanı bakalavrların Fransada təhsil alıb geriyə qayıtmasının nəzərdə tutulub - tutulmadığı müzakirə olunub. Fransa tərəfi fransız müəllimlərin Azərbaycana gəlib tədris aparmasının nəzərdə tutulduğunu, azərbaycanlı bakalavrların Fransada təhsil almalarının nəzərdə tutulmadığını qeyd edib.
Tərəflər tələblərin təcrübələr keçməsi üçün potensial şirkətlərlə, müəssələrlə, laborotoriyalarla əməkdaşlığın qurulmasını vacib məqam kimi önə çəkiblər.
Eyni zamanda tələbələrin mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən seçilməsi məsələsi də müzakirə olunub. Pedoqoji aspekt, rəqəmsal platforma, müəllim-tələbə mübdiləsi, tələbənin təhsil proqramını sərbəst idarə etməsi üçün tələb olunan vasitələr müzakirə olunmaqla, bütün bunların uğurla həyata keçirilməsi üçün ADNSU və onunla əməkdaşlıq edən şirkətlərdə geniş imkanların mövcudluğu önə çəkilib. ADNDU-nun - Azərbaycanın Neftin çıxarılması və hasil olunması sahəsində yüksək səviyyəyə malik mütəxəssisləri olduğu qeyd olunmaqla, Fransız-Azərbaycan universitetində əsas məqsədin fransız metodologiyasının, dərs proqramlarının dəyişdirilmədən tətbiqi məsələsinin Azərbaycan tərəfi üçün maraqlı olduğu vurğulanıb.
Görüş qarşılıqlı anlaşma ilə başa çatıb.

ADNSU Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info