Velosiped idmanı üzrə mövsümün ilk yarışının qalibləri müəyyənləşib
Tarix: 01.03.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə, 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil edilən yarışla start verilib.
İki gün davam edən mövsümün açılış yarışında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edib. On beş yaşadək idmançıların 20 kilometrlik qrup ötüşməsində 8 nömrəli İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi birinci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov ikinci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb. U-17, gənclər, U-23 və elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 kilometr məsafə qət ediblər. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. İkinci yeri isə 8 nömrəli İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info