Bakı Buxtasında yerləşən sənaye müəssisələri köçürüləcək
Tarix: 01.03.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Abbas Ələsgərov: “Bakı Ağ Şəhər Bulvar xətti dünyanın ən uzun bulvarına çevriləcək"
Bakı şəhərinin gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Komitə sədrinin sözlərinə görə, sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar, bulvarlar yerləşdirmək, həmçinin mövcud Dənizkənarı bulvarın Bakı Buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 km-dən 25 km-ə qədər artırılması təklif olunur: "Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların çəkilməsi, bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların çəkilməsi nəzərdə tutulur".
A. Ələsgərov bildirib ki, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər yerləşəcək, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək. Dövlət Bayraq Meydanı ilə yanaşı, neft muzeyi və akademiyası, müasir incəsənət muzeyi və milli tarix muzeyi də yerləşəcək: "Mövcud yük limanının yerində Su idmanı sarayı ilə yanaşı, avarçəkmə kanalı və Beynəlxalq sərgi mərkəzi, Milli idman kompleksi, müxtəlif dərəcəli (olimpiya kəndi) otellər tikiləcək". Abbas Ələsgərov bildirib ki, Böyük Bakının Regional İnkişaf Planı layihəsinə uyğun olaraq Bakıda Yeni Türkan qəsəbəsi yaradılacaq:
"Yeni Türkan qəsəbəsi üçün ayrılmış torpaq sahəsi 2000,0 ha ərazini əhatə etməklə şimaldan qədim Qala kəndi, şimal-şərqdən Türkan kəndi, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə sərhədlənən bir ərazidə yerləşir. Yeni salınacaq qəsəbə şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnib. Ərazidə mövcud yaşayış əraziləri, sahibkarlıq üçün ayrılmış ərazilər, sənaye əraziləri və hal-hazırda istismarı dayandırılmış daş karxanaları mövcuddur. Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir. Ərazinin cənubundan dənizə çıxan hissəsi isə əsasən fərdi yaşayış evləri ilə sahil boyunca əhatələnib”, - deyə A.Ələsgərov vurğulayıb. Komitə sədrin sözlərinə görə, Yeni Türkan qəsəbəsinin eskiz layihəsinin həllində mövcud faktlar nəzərə alınaraq öz həllini tapıb.
"Qəsəbə Türkan və Hövsan yaşayış məntəqələri ilə mövcud və yeni layihələndirilən avtomobil yolları vasitəsilə əlaqələndirilib. Əsas mərkəzi küçələrdə 3-5 mərtəbəli terras tipli yaşayış evləri və ətrafda həyətyanı sahəli fərdi yaşayış evlərinin layihələndirilməsi nəzərdə tutulur. Qəsəbədə bütün inzibati, sosial-mədəni və məişət müəssisələri, istirahət mərkəzləri, sənaye (mövcud və yeni salınan) müəssisələri və s. layihələndirilib. Ərazidə yerləşən daş karxanalarının yerində süni göllər yaradılaraq istirahət guşələri kimi istifadə olunması nəzərdə tutulub. Layihələndirilmiş ərazi 1350 ha olmaqla 35-40 min nəfər əhali üçün nəzərdə tutulur”, - deyə A.Ələsgərov qeyd edib.
A.Ələsgərov, həmçinin vurğulayıb ki, Böyükşor gölünün tam bərpa edilməsinin II mərhələsi 2016-2020-ci illəri əhatə edəcək: “Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq”. Komitə sədrinin sözlərinə görə, hazırda Bakı buxtasının lap mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi və dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 221 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması üçün indiyə kimi görünməmiş perspektiv yaranıb: “Ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev aeroportu ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilib”. A. Ələsgərov vurğulayıb ki, Bakı Ağ Şəhər layihəsinin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcək. Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcək".
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info