Avropada islamofobiyaya qarşı çağırış
Tarix: 01.03.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Avropaya yönələn mühacir axını və Fransada baş verən terror hücumları qitədə müsəlmanlara qarşı ayrı-seçkilik hadisələrini artırıb. Mütəxəssislər isə islamafobiyanın "nifrət günahı" olaraq təyin olunmasının bu problemin həllinə müsbət təsir edəcəyini düşünürlər.
“Thinkout” təkilatının rəhbəri Bekir Güneş “Anadolu” agentliyinə bildirib ki, Avropada təhlükəsizlik siyasəti üstünlük qazanıb: "Hüquqi boşluqlar var. Çoxlu yerdə şəxsən iddia aça bilmirsiniz. Daşındırıcı cəza, yüngülləşdirici səbəblər tapmaq olmur. Cəzalar təxirə salına bilir. Hüquqi tənzimləmələr lazımdır". Avropa Müsəlman Birliyi Sahibkarlıq Təşəbbüskarlığı təşkilatının (EMİSCO) icraçı direktoru Bashy Quraishy də islamafobiyanın tarixin arxa plana keçdiyini və bunun media, eləcə də siyasətçilər vasitəsilə qızışdırıldığını söyləyib: “Bütün Avropa xalqları ilə birlikdə hərəkət edərək bu təhlükəli axını dayandırmalıyıq. Əgər dayandıra bilməzsək bu, bütün Avropa cəmiyyətləri üçün böyük problemlərə gətirib çıxaracaq". Almaniyada fəaliyyət göstərən Diyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Xarici əlaqələr şöbəsinin müdiri Dr. Zekeriya Altuğ da Avropada müsəlmanların din azadlığının məhdudlaşdırıldığını deyib: "Bu səbəblə yeni yetişən nəsillər “İŞİD” kimi təşkilatların şəbəkəsinə qoşulurlar". AGİT Demokratik Təşkilatlar və İnsan Haqları Ofisinin nümayəndəsi Dr. Azara Junuzovic də Avropada müsəlmanlara qarşı qeyri-tolerantlıq və ayrı-seçkilik edilməsinin ciddi problem olduğunu vurğulayıb
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info