Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Tarix: 01.03.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq”.
Bunu APA-ya İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. Həftəlik brifinqdə çıxış edən H. C. Ənsari bildirib ki, əməkdaşlığın, xüsusilə ticarət və iqtisadiyyat sahələrində gücləndirilməsinə önəm verilir. O qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-biri ilə əlaqələrinin daha da inkişafı ilə yanaşı, həm də digər qonşu ölkələrlə əlaqələrin inkişafına təkan verəcək: “Prezident İlham Əliyevin Tehrana səfərinin iki dost və qardaş ölkə arasında əməkdaşlığın inkişafına böyük təsiri olacaq”. H. Cabiri Ənsari Azərbaycanın iranlılar üçün viza rejimini ləğv edib-etməyəcəyi barədə suala cavabında deyib ki, Azərbaycan tərəfinin hələlik belə bir fikri yoxdur: “Bu haqda yeni məlumat olarsa, elan edəcəyik”. Suriyada atəşkəsin pozulmasına toxunan sözçü buna bəzi terrorçu qrupların yol verdiyini söyləyib: “Bu, ondan irəli gəlir ki, atəşkəsin pozulması həmin qrupların mənafeyinə uyğundur. Suriyada rolu olan ölkələrdən tələb edirik ki, necə ki, sülhlə bağlı razılığa gəliblər, əməldə də sülhün icrasına yardım etsinlər”. H. Cabiri Ənsari İranın Suriya və İraqda hərbi iştirakına dair suala cavabında bildirib ki, İran bu iki ölkə ilə daim məsləhətləşmələr aparır və atılan addımlar həmin ölkə hökumətlərinin istəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, İranın bu ölkələrlə məsləhətləşmələri davam etdirməsi böhranın durumundan və həm onların, həm də İranın istəyindən asılıdır.






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info