“Cənub” qaz dəhlizi bütün region və Avropa üçün əhəmiyyətli layihədir
Tarix: 01.03.2016 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


“Cənub” qaz dəhlizi bütün region və Avropa üçün əhəmiyyətli layihədir”. Bu fikri Azərbaycanın energetika naziri Natiq Əliyevin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ilə birgə dünən Bakıda keçirilən “Cənub” daz dəhlizi Məşvərət Şurasının ikinci toplantısına dair təşkil edilən mətbuat konfransında bildirib.
Nazir N.Əliyev deyib: “Cənub” daz dəhlizi maliyyə baxımından böyük layihədir. Layihəyə təxminən 45 milyard dollar maliyyə vəsaiti qoyulacaq. “Cənub” daz dəhlizi dörd layihədən - “Şahdəniz-2” , Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələrindən ibarətdir. Bu, bir zəncirdir. Əgər bir layihədə gecikmə olarsa, bu, bütün digər layihələrə də təsir edəcək”. Məşvərət Şurasının ikinci toplantısında layihə üzrə hazırkı vəziyyətin müzakirə olunduğunu deyən nazir iştirakçı ölkələrlə gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Avropa komissarının və ABŞ-ın enerji departamentinin nümayəndəsinin toplantıda iştirakı layihənin önəmini göstərir. Neftin qiymətində ucuzlaşmanın “Cənub” daz dəhlizi layihəsinin gedişinə təsiri barədə danışan Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, burada əsas məsələ hər bir iştirakçının üzərinə götürdüyü öhdəlikləri icra etməsidir. Məşvərət Şurasının toplantısında da həmin məsələlər müzakirə olunub. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib ki, neftin qiymətinin 80 faizədək ucuzlaşması nəticəsində layihənin iştirakçıları öhdəlikləri nəzərdən keçiriblər və onun icrası təmin olunacaq. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə bildirib ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, TANAP layihəsi müvəffəqiyyətlə icra olunur. Neftin qiymətinin ucuzlaşması və digər proseslər layihənin icrasına elə də təsir etmir. Energetika naziri N.Əliyev deyib: "Cənub” qaz dəhlizi strateji layihədir. Bazardakı prosesdən asılı olmayaraq, bütün ölkələr və maliyyə qurumları layihədəki öhdəliklərini yerinə yetirirlər. Layihə uğurla icra olunmaqdadır. Azərbaycanda da bu maliyyələşmə ilə bağlı işlər tamamilə həll olunub. TANAP layihəsi üzrə də maliyyə çətinliyi yoxdur. Apreldə isə TAP-la bağlı bütün maliyyə məsələləri həll ediləcək".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info