Azərbaycanla Hindistan arasında Protokol imzalanıb
Tarix: 01.03.2016 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilənin ratifikasiyası fərmanlarının mübadiləsi haqqında” Protokol imzalanıb.
Müqaviləni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Hindistanın ölkəmizdəki səfiri Sancay Rana imzalayıblar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müqavilənin 27-ci maddəsinə uyğun olaraq onun fevralın 29-dan qüvvəyə mindiyi və hər iki ölkə arasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın inkişafı üçün şərait yaratdığı bildirilib. Xələf Xələfov Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini söyləyib və bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. Parlament diplomatiyasının inkişafının vacibliyinə toxunan nazir müavini Hindistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirib. O, energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini vurğulayaraq Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Həmçinin Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha da asanlaşdıracaq Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsi barədə məlumat verib və bu layihəyə İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini vurğulayıb. İkitərəfli münasibətlərin daha da inkişafı üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən səfir S.Rana hazırda bir çox sahələr üzrə müqavilələrin layihələri üzərində iş getdiyini və yaxın gələcəkdə hüquqi sənədlərin imzalanacağına ümidvar olduğunu bildirib. Səfir ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini, bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info