Gəncədə bir sıra layihələr icra olunacaq
Tarix: 01.03.2016 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyev son beş ildə Gəncəyə 5 dəfə səfər edib. Dövlət başçısının hər gəlişi gəncəlilərə yeni stimul verib, mühüm layihələrin həyata keçirilməsinə və genişmiqyaslı quruculuq işlərinin aparılmasına zəmin yaradıb, şəhərin görkəmi başdan-başa dəyişib. Məhz buna görə hər bir şəhər sakini dövlətimizin başçısına minnətdardır”.
Bu sözlər Gəncə şəhərinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib. Prezident İlham Əliyevin Gəncəyə səfərindən, eləcə də 2015-ci ildə qazanılmış uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. İcra Hakimiyyətinin başçısı deyib ki, 2015-ci il dünyada iqtisadi böhranla müşayiət olunsa da, Azərbaycan üçün ötən ili bütün sahələrdə hərtərəfli inkişaf və tərəqqi, eyni zamanda, vətəndaşlara qayğı və diqqətin daha da artırılması ili kimi dəyərləndirmək olar. Bunu Gəncənin də timsalında görmək mümkündür. Belə ki, əvvəllər olduğu kimi, 2015-ci ildə də bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib. Bildirilib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı, Gəncə şəhərinin də sosial-iqtisadi həyatını xeyli canlandırıb. Daxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsinin payına düşüb və 2014-cü illə müqayisədə 5,5 faiz artıb. Məhsulun 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. Hesabat məruzəsində o da vurğulanıb ki, 2016-cı il Gəncə üçün daha əlamətdar olacaq. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Nizami yurdunda bir sıra layihələrin icrası nəzərdə tutulur. Dövlət başçısının dediyi kimi, bu il avropalılara Gəncənin uğur və nailiyyətlərini daha yaxından tanıtmaq üçün çoxsaylı tədbirlər reallaşdırılacaq. Sonra çıxışlar olub, qarşıda duran vəzifələr müzakirə edilib. Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edib.
N.Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info