96 yaşlı AZƏRTAC
Tarix: 01.03.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İnformasiya Agentliyi 96 illik yubileyini qeyd edir.
Hazırda yerli və xarici kütləvi informasiya vasitələri üçün Azərbaycanın hələlik yeganə rəsmi dövlət informasiya mənbəyi olan AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Daha sonra agentlik sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyətini davam etdirib. Azərbaycan 1991-ci ildən yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib və 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

2015-ci il fevralın 26-da isə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC adlandırılması haqqında sərəncam imzalayıb.
AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində 7 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və çin dillərində informasiyalar yayır.
AZƏRTAC-ın respublikanın bölgələrində, eləcə də dünyanın müxtəlif yerlərində müxbir məntəqələri fəaliyyət göstərir. Agentlik foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır.
Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri", "Sənət korifeylərimiz" və digər layihələr həyata keçirir. 2013-cü ilin sentyabrından AzərTAc-ın Uşaq Bilik Portalı fəaliyyət göstərməyə başlayıb. Agentliyin yenilənmiş videosaytı da artıq istifadəyə verilib.
AZƏRTAC-ı yubileyi münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətində uğurlar, bolluca xeyir xəbərlər arzulayırıq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info