Hazırlıq işləri müzakirə olunub
Tarix: 01.03.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləriylə əlaqədar Təşkilat Komitəsi mötəbər yarışın keçiriləcəyi Crystal Hall-da olub.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənovun iştirak etdiyi görüşdə mötəbər yarışın təşkilatçılığıyla bağlı müzakirələr aparılıb.
Təşkilat Komitəsi sentyabrda Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystall Hall-da olarkən yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin olimpiada vaxtı tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədiylə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb.
Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək.
Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-ə yaxın ölkədən, 2500-ə yaxın şahmatçı, məşqçi və rəsmi şəxslərin iştirakı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info