Neft və Sənaye Universitetində Mülki Müdafiə günü
Tarix: 01.03.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə (MM) gününə həsr olunmuş “MM və müasir informasiya texnologiyaları” mövzusunda tədbir keçirilib. ADNSU-nun mülki müdafiəsi üzrə rəhbərinin, eləcə də komandir rəis heyəti, kafedraların MM üzrə nümayəndələri və tələbələrin iştirak etdiyi tədbirdə fövqəladə vəziyyət zamanı əhalini, o cümlədən ADNSU-nun şəxsi heyətinin təhlükəsizliyinin təmin olunmasında MM strukturunun işi, dövlətin təhlükəsizlik sistemində yeri və əhəmiyyətini təbliğ edən plakatlardan, əyani vasitələrdən, FHN-nin qəzetlərindən, sənədli kino-filmlərdən istifadə olunub. ADNSU-nun MM qərargah rəisi Elşən Məmmədov mövzu ətrafında geniş çıxış edib. O, MM vəzifələrinin və tədbirlərinin təbliğinin, insanların təhlükəsizlik məsələlərinin hər bir ölkədə nazirliklər, kütləvi informasiya vasitələri tərəfindən aparıldığını diqqətə çatdırıb: "MM ümumxalq məsələsidir. Hər bir insanın özünü müdafiə etmək qabiliyyəti olmalıdır. Qəzalar təkcə müharibələrdə baş vermir. İnsanlar təbii, texnogen qəzalar zamanı da vəziyyətdən çıxmağı bacarmalıdılar”. MM-nin tarixinə nəzər salan qərargah rəisi bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı baş Məclisinin qərarı ilə “Mülki müdafiə günü” 1972-ci ildən etibarən hər il martın 1-də qeyd edilir: “Ölkəmiz bu nüfuzlu təşkilata 1993-cü ildən daxil olub. 1997-ci ilin mayında Prezidentin müvafiq fərmanı ilə Mülki Müdafiə qərargahı daşınan və daşınmaz əmlakı ilə birlikdə müdafiə Nazirliyinin tabeliyinə, 2005-ci ilin dekabr ayından etibarən isə Prezidentin sərəncamı ilə Mülki Müdafiə İdarəsi FHN-nin tərkibinə daxil edilib”. E.Məmmədovun sözlərinə görə, fəlakət riskinin azaldılması hər bir dövlətin ərazisində müxtəlif dövlət strukturları tərəfindən kompleks şəkildə həyata keçirilir. FHN və MM orqanlarının bu sahədə apardığı iş daim diqqət mərkəzindədir. Mülki müdafiənin ümumxalq mahiyyəti, onun təşkilati quruluşu və həyata keçirdiyi tədbirlərin önəmliyi bu tədbirlərdə geniş əhali kütləsinin iştirakı ilə müəyyən olunur. Baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrin qarşısını almaq, nəticələrini müvəffəqiyyətlə aradan qaldırması işlərini təşkil etmək məqsədilə ADNSU-nun nəzdində fövqəladə hallar komissiyası fəaliyyət göstərir. Tədbirdə çıxış edən Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasının müdiri Sakit Rəsulov MM-nin vəzifələrinin günü-gündən aktual olduğunu bildirib. MM dərslərinin bütün ali məktəblərdə keçirildiyini vurğulayan S.Rəsulov bu dərslərin böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, təhsil ocaqlarında Mülki müdafiə dərslərinin keçirilməsi tələbələrin fövqəladə hadisələrdə düzgün hərəkət etmələri, özlərini təhlükələrdən xilas etməklə yanaşı, başqa insanlara da yardım göstərə bilmələri baxımından zəruridir: “Fövqəladə hadisələr zamanı bütün insanların qəzaların nəticələrinin aradan qaldırılmasına cəlb olunması mütləqdir. Yəni fövqəladə hal baş verən zaman da heç kəs onun fəsadlarının aradan qaldırılmasında iştirakdan boyun qaçıra bilməz. Ona görə də fövqəladə vəziyyətdə bütün qurumlar işə düşür. Fövqəladə hadisə baş verən hallarda soyuqqanlılıq göstərilməlidir. Hər kəs öz hüquqlarını, vəzifələrini bilməlidir”. Sakit müəllim dünyanın hər bir təhsil ocağında olduğu kimi, ADNSU-da da MM-nin təşkilinə geniş yer verildiyini qeyd edib. TFT-nın sədri Xəyalə Məmmədova tələbə həmyaşıdlarını bu fənnin öyrənilməsində diqqətli olmağa çağırmaqla, MM-nin tarixinə nəzər salıb. Daha sonra iştirakçılara Mülki Müdafiəyə həsr olunmuş film nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info