Xarici investisiyaların təşviqi ilə bağlı təlim keçirilib
Tarix: 01.03.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Prezident tərəfindən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında şirkətlərdə korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti ilə bağlı verilmiş tapşırığa uyğun olaraq, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlərə başlanılıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda ilk təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə investisiya anlayışı, iqtisadiyyatın inkişafında xarici investisiyaların rolu və xarici investisiyaların təşviqində düzgün korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat vermiş, iştirakçıların suallarını cavablandırıblar. Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti nəzərə alınaraq belə təlimlər davam etdiriləcək.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info