“Qarabağın qurtuluşundan ötən 1 il” layihəsi yekunlaşdı
Tarix: 01.03.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində həyata keçirilən “Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinə yekun vurulub. Layihə Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriyası üzrə qalib gəlmiş Namazov Mehti tərəfindən icra edilirdi. Layihənin əsas məqsədi gənc və yeniyetmə rəssamların xəyal gücünün sınağa çəkilməsi, həmçinin Prezident İlham Əliyevin dolğun “Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır” fikrinin onlarda yaratdığı dərin inamın rəsm əsərlərində necə əks olunduğunu göstərmək idi.
Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsini nəzərdə tutan “Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin bağlanış tədbiri “Caspian Plaza”nın konfrans zalında təşkil edilmişdi və tədbirə rəsmi qonaq qismində bir sıra qht rəhbərləri də dəvət olunmuşdu.
Bağlanış tədbirində Yeni Azərbaycan Partiyasının(YAP) Gənclər Birliyinin şura üzvü, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, TUMİB-in sədri Çingiz Bayramov, layihə rəhbəri Mehti Namazov, digər qonaqlar və bir neçə gənc rəssam çıxış edib. Sonda layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin bütün iştirakçıları təşəkkürnamə, qaliblər isə diplom və hədiyyələrlə təltif olunub.


Rasim




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Bu il əhaliyə sosial yardım üzrə 3 milyard manatdan çox vəsait ödənilib
10.08.2020
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib
10.08.2020
ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır
09.08.2020
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
08.08.2020
Kafe və restoranlar bu tarixdən açılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
3 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
4 Turizm Agentliyi sahibkarlara müraciət edib
5 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info