“Azərbaycanda sahibkarlığa dövlət dəstəyi gücləndirilir”
Tarix: 01.03.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti 10-cu toplantısı keçirilib.
Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycanda sahibkarların maraqlarının qorunması: mövcud hüquq müdafiə vasitələri” mövzusuna həsr olunmuş tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə, Vergilər nazirinin müavini Sahib Ələkbərov, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, habelə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tədbiri giriş sözü ilə açaraq, təşəbbüsü ilə 2013-cü ildə yaradılmış Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun hazırkı vaxtadək müxtəlif aktual mövzular üzrə müntəzəm dəyirmi masaların təşkil edildiyini, bu istiqamətdə aidiyyəti dövlət qurumları və QHT-lərlə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
O, mövzu üzrə bir sıra statistik məlumatları diqqətə çatdıraraq ölkəmizdə sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu, ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirildiyini, sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyini, biznesə başlama prosedurlarının sadələşdirildiyini, qanunvericilik bazasının təkmilləşdirildiyini, sahibkarların maarifləndirildiyini, onların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlərin həyata keçirildiyini bildirib.
Ombudsman çıxışında sahibkarlığın inkişafı və sahibkarlara dəstək sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında və 29 dekabr 2012-ci il tarixli “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında mühüm müddəaların, o cümlədən yüksək səmərə ilə fəaliyyət göstərən, dünya miqyasında rəqabətə qadir olan iqtisadi sistemin formalaşmasını, sahibkarlığın inkişafı, onlara daxili və xarici bazarda əlverişli şəraitin yaradılması, sahibkarların və istehlakçıların hüquqlarının daha səmərəli təmin olunması, qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, vergi dərəcələrinin və gömrük rüsumlarının optimallaşdırılması yolu ilə sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması və digər mühüm tədbirləri nəzərdə tutan müddəaların əks etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda Ombudsman təsisatı sahibkarların hüquqlarının müdafiəsində mühüm rol oynayan səmərəli mexanizmdir. Müvəkkil sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarının müdafiəsi vəziyyətini daim diqqət mərkəzində saxlayır, aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələr verir, aidiyyəti qurumlar qarşısında məsələ qaldırır, bir çox problemlərin həllinə nail olur.
yni zamanda, Müvəkkil ötən dövrdə sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması məqsədilə hazırladığı təklif və tövsiyələri aidiyyəti qurumlarına ünvanlamış, bir sıra təkliflər öz müsbət həllini tapıb.
Tədbirdə Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin “Azərbaycan dövlətinin sahibkarlara dəstək siyasəti”, Azərbaycan Respublikasının Vergilər nazirinin müavini Sahib Ələkbərovun “Vergi ödəyiciləri kimi sahibkarların hüquqlarının qorunmasında Vergi Apellyasiya Şuarısının rolu”, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun “Sahibkarların hüquqlarının müdafiəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rolu” mövzularında məruzələri dinlənilib, Azərbaycanda Ombudsman təsisatının insan hüquqlarının, o cümlədən sahibkarların hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub, aidiyyəti qurumların bu sahədə həyata keçirdiyi işlər barədə məlumat verilib, habelə, sahibkarların maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliyin göstərilməsi, qanunvericiliyin daha da təkmilləşdirilməsi, dəqiq uçot və statistikanın aparılması, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi, iqtisadi strukturlar arasında koordinasiyanın, sahibkarlığın informasiya təminatının gücləndirilməsi, onların təşəbbüskarlıq və hüquqi biliklərinin artırılmasına istiqamətlənmiş tədbirlərin əhəmiyyəti barədə müzakirələr aparılıb.
Tədbirdə fəal fikir mübadiləsi aparılıb, sahibkarların hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə ictimai iştirakçılığın genişləndirilməsi, QHT-lərin apellyasiya şuralarında təmsilçiliyi, sahibkarların bilavasitə özlərinin iştirakı ilə birgə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, sahibkarlıq fəaliyyətini həyata keçirən əlilliyi olan şəxslərə münasibətdə güzəşt və imtiyazların tətbiq olunmasının vacibliyi vurğulanıb, digər təklif və tövsiyələr diqqətə çatdırılıb.
Toplantıda BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərini nəzərə alaraq, qrupun gələcək fəaliyyətinin prioritet istiqamətləri barədə müzakirələrdə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və müsbət təcrübə mübadiləsinin aparılmasının, regionlarda birgə maarifləndirmə və təbliğat işinin təşkilinin zəruriliyi qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info