“İdmanın inkişaf səviyyəsinə görə dünyada öndə gedən ölkələrdənik”
Tarix: 01.03.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Elşən Yəhyayev: “Bugünkü Azərbaycan gəncliyi öz bilik və bacarığına görə seçilir”


Müsahibimiz Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Elşən Yəhyayevdir. Elşən ictimai işlərdə də aktivdir və həmçinin hazırda Azərbaycan Kempo İdman Federasiyasının mətbuat katibidir.
- Öncə ondan başlayaq ki jurnalistikaya maraq sizdə haradan yaranıb?
-Düzü bu elə bir sahədir ki, düşünürəm, hər kəsdə bu sahəyə maraq olur. Təkcə təhsil almıram, həm də idman federasiyalarından birində mətbuat katibi kimi fəaliyyət göstərirəm. Hazırda ən gənc mətbuat katiblərindən sayılıram. Bundan başqa jurnalistik fəaliyyətimdən də qalmıram. Bu yaxında tələbə yoldaşlarımla “musahibe.az” saytını fəaliyyətə başlatdıq. Saytın redaktoru vəzifəsində çalışıram. Dövri mətbuatda və xəbər portallarında da çalışıram, aktual mövzulu yazılarla çıxış edəm.
-Bir qədər də Kempo İdman Federasiyasının fəaliyyəti haqqında da söz açardınız.
-Bildiyiniz kimi, hazırda Kempo İdman Federasiyasında mətbuat katibi kimi fəaliyyət göstərirəm. Bu fəaliyyətim nəticəsində belə qənaətə gəlmişəm ki, Azərbaycanda Kempo idman növünün perspektivləri var. Ölkəmizdə Kempo idmanı “Toğrul” İdman Klubunun adı ilə bağlıdır. Federasiya prezidenti və klubun rəhbəri Rauf İbrahimova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Şöbəsi tərəfindən idman sahəsindəki fəaliyyətlərinə görə Şərq əlbəyaxa döyüş növləri üzrə “əməkdar məşqçi” statusu verilib. Rauf İbrahimov 2010-cu ildən Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda səlahiyyətli nümayəndəsidir. Kempo idmanı ilə məşğul olmaq üçün Bakıda, Sumqayıtda, Zaqatalada, Balakəndə, Tərtərdə, Ağcabədidə, Ucarda, Cəbrayıl idmançıları üçün də Füzulidə müvafiq klub bölmələri fəaliyyət göstərir. Məlumat üçün bildirim ki, Kempo idman növü olmaqla bərabər, həm də ilk yardım, təbii üsullarla müalicəni də özündə cəmləşdirir. Üç ildir ki, Gənclər və İdman Nazirliyinin xətti ilə Kempo üzrə respublika turnirləri keçirilir. Bu idman növü onların da maraq dairəsindədir. Keçən il 5 idmançımıza tarixdə ilk dəfə olaraq, “Kempo üzrə idman ustası” adı verildi. Kemponun gələcəyi daha parlaqdır. Respublika yarışlarında 370 idmançı, 39 klubla təmsil olunuruq. Bunun özü böyük bir göstəricidir. Gələcəkdə əhatə dairəmizi daha da genişləndirəcəyik.
-Xüsusi layihə çərçivəsində qısa müddətə, Slavyan Universitetində mətbuat katibi işləmisiniz. Bu barədə də söz acardınız.
- Bu layihə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə olaraq Bakı Slavyan Universitetində 2002-ci ildən etibarən hər ilin 13 dekabr tarixində həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr universitetdə bir gün ərzində tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər. Mən də, tələbələrin seçimi ilə universitetin mətbuat xidmətinin rəhbəri seçildim. Vəzifəmi də layiqincə yerinə yetirdiyimi düşünürəm. Nə də olsa AKF-nin də mətbuat katibiyəm. Orada qısa müddətlik fəaliyyətim AKF-də hər gün gördüyüm işlər idi.
- Azərbaycanda idmana göstərilən qayğının nəticəsidir ki, bu gün ölkədə AKF kimi xeyli sayda federasiyalar fəaliyyət göstərirlər.
- Haqlısınız. Xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun nəinki idmanda, bütün sahələrdə lider dövlətinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərir. Çox fərəhləndirici haldır ki, bu gün idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir. Həm də bu obyektlərin əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində şəxsən dövlətimizin başçısı iştirak edir. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada öndə gedən ölkələrdən biridir. Bu, danılmaz həqiqət və təsdiq olunmuş faktdır. AKF-nin də uğurlu fəaliyyət göstərməsində bir nömrəli səbəb yaradılan şəraitdir.
-Bəs ümumilikdə ölkəmizdə gənclər üçün yaradılan şərait necə, sizi qane edirmi?
-Gənclər sektoru hökumətin diqqətdə saxladığı prioritet istiqamətlərdən biridir. Gənclər siyasəti uğurla davam etdirilir. Bugünkü Azərbaycan gəncliyi öz bilik və bacarığına görə seçilir. Gənclərimizin təhsilə göstərdiyi maraq, həmçinin hər il xaricdə təhsil alan gənclərimizin sayının artması buna sübutdur. Təbii ki, yüksək təhsilli və intellektual gəncliyin ölkənin ictimai, siyasi mühitinə təsiri olmamış deyildir. Hesab edirəm ki, bu işdə müasir texnologiya vasitələri də gənclərimizə əlavə imkanlar verir. Fəal olmaq olar. Əsas məsələ odur ki, sənin fəaliyyətin nəticəyönümlü olsun. Bunun üçün də yüksək təhsillə yanaşı, düzgün seçim etmək bacarığının olmasıdır. Mənim də aktiv gənc kimi hədəflərim böyükdür. Düşünmürəm ki, nəyisə əldə etmişəmsə, rahat oturmalıyam. Gələcək fəaliyyətimi televiziya sahəsinə də bağlamaq istəyirəm.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info