Mehriban Əliyevaya “İlin adamı” mükafatı təqdim olunub
Tarix: 01.03.2016 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.
 Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərə, ölkəmizdə multikulturalizm mühitinin inkişaf etdirilməsinə verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib.
 Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən, ANS Şirkətlər Qrupu tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
 Daha sonra V. Mustafayev “2015-ci ilin adamı” mükafatının diplomunu və pul mükafatını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.
 Qeyd edək ki, təqdim edilən pul mükafatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək. Sonda xatirə şəkli çəkdirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info