Qırğızıstanda xaricdən qrant alan QHT-lər “xarici agent” statusu alacaq
Tarix: 02.03.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Deputat İsxak Masaliyev:
“Bizdə elə QHT-lər var ki, aldığı sifarişlərə uyğun olaraq eynicinsli nikahları təbliğ edir. Axı bu, bizim mədəniyyətimizə, qırğızların mentalitetinə uyğun deyil, bizim üçün qəbuledilməzdir”

Qırğızıstanda xaricdən qrant alan qeyri-hökumət təşkilatları ilə bağlı məsələnin qızğın müzakirəsi gedir. “Xarici agent”lə bağlı qanun layihəsi iki il əvvəl hazırlanıb və parlamentə təqdim edilib. Amma qanun layihəsinin parlament müzakirəsinə təqdim edilməsinin açıqlanması layihə ətrafında müzakirələrin yenidən qızışmasına səbəb olub.
Layihədə dövlət orqanlarının qeyri-hökumət təşkilatları üzərində nəzarət tədbirləri əks olunub. “Nezavisimaya qazeta” yazır ki, Qırğızıstan Ədliyyə Nazirliyində qeydiyyatda olan QHT-lərin sayı təxminən 13 mindir. Adambaşına düşən QHT sayına görə bu, Mərkəzi Asiyada ən yüksək göstəricidir. Qanun layihəsi qəbul ediləndən sonra Qırğızıstan qanunvericiliyində “xarici agent” anlayışı yer almağa başlayacaq. Bu anlayış beynəlxalq təşkilatlardan, xarici dövlət və xarici vətəndaşlardan maliyyə yardımı-qrant alan qeyri-hökumət təşkilatlarına şamil ediləcək. Dövlət orqanları “xarici agent” kimi qeydiyyatdan keçən QHT-lərin bütün gəlir və xərclərini audit edəcək, onların əməkdaşlarının sayı və aldığı maaşlara nəzarət edəcəklər. Bu qanun layihəsi siyasiləşdiyindən qırğız siyasi dairələrində aktiv şəkildə müzakirə predmetinə çevrilib. “Nezavisimaya qazeta” yazır ki, Qərb ölkələrinin bəzi səfirlikləri, qərbyönümlü QHT təmsilçiləri qanun layihəsinin əleyhinə çıxış edirlər. Qanunun əleyhinə olanların əsas tezisi budur ki, bu vəziyyətdə QHT-lərin fəaliyyət məkanı daralacaq, şəffaflıq azalacaq, korrupsiya artacaq, dövlət orqanları işində vətəndaşların iştirakı azalacaq və s.

“Nezavisimaya qazeta”:
“Beynəlxalq təşkilatlardan, xarici dövlət və xarici vətəndaşlardan maliyyə yardımı alan QHT-lər “xarici agent” kimi qeydiyyatdan keçəcək, onların bütün gəlir və xərcləri audit ediləcək, əməkdaşlarının sayı və aldığı maaşlara nəzarət ediləcək”


Amma parlament üzvlərinin əksəriyyəti belə düşünmür. Onlar hesab edir ki, yeni qanun layihəsi QHT sektorunda şəffaflıq yaradacaq və kimin dövlətin maraqları, kimin xarici sifarişçilərin maraqlarına işlədiyi bəlli olacaq. Deputat İsxak Masaliyevin yanaşması da təxminən elə belədir: “Dövlət qeyri-hökumət təşkilatlarına nəzarət etməklə, onların fəaliyyətini nizamlamalıdır. Bizdə elə QHT-lər var ki, aldığı sifarişlərə uyğun olaraq eynicinsli nikahları təbliğ edir. Axı bu, bizim mədəniyyətimizə, qırğızların mentalitetinə uyğun deyil, bizim üçün qəbuledilməzdir. Biz görürük ki, QHT-lərdən inqilablar həyata keçirmək üçün də istifadə edirlər. Ona görə də əsas məsələ QHT-lər üzərində nəzarət və onların siyasi fəaliyyətinin qadağan edilməsidir”. Qeyd edilir ki, 90-cı illərin əvvəlində, Əsgər Akayevin prezident olduğu vaxtlarda dövlət orqanları çox zəif olduğundan, bu vəziyyət QHT-lərin kütləvi şəkildə yaranmasına səbəb olub. Aktiv QHT-lərin əksəriyyətinin maliyyəsi xaricdən gəlir. Əsas maliyyələşmə mənbəyi ABŞ və Avropa İttifaqıdır. Maliyyələşmənin təxminən 10 faizi Rusiya, Yaponiya, Cənubi Koreya və Çindən gəlir. Qrant axını qeyri-sabitdir-ABŞ aviabazasını “Manas”dan çıxarandan sonra Pentanqondan gələn qrantlar kəsilib. QHT üzvlərinin bəzisinin aktiv fəaliyyəti, təşkilatlanması, piketlərdə iştirakı yerli siyasətçilərin diqqətindən kənarda qalmır. Onların bəzisinə “vətən xainləri” kimi baxanlar da var. “Nezavisimaya qazeta” öz mənbələrinə əsasən yazır ki, “xarici agent” statusu ilə bağlı qanun layihəsinin Qırğızıstan parlamentində qəbul olunması ehtimalı yüksəkdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info