Ermənistana pul köçürmələri rekord səviyyədə azalıb
Tarix: 02.03.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Joxovurd”: “Pul köçürmələrinin hesabına ayaqda duran Ermənistan iqtisadiyyatında tənəzzül sürətlənib”

Əsasən xaricdən göndərilən pul köçürmələrinin, ianələrin ümidinə qalan Ermənistan iqtisadiyyatı batmaqda davam edir. Məsələ bundadır ki, ölkənin son ümid yeri olan köçürmələrin azalması işğalçı ölkədə fəlakətli vəziyyət yaradıb.

Məlum olduğu kimi, bu ilin əvvəlindən başlayaraq Ermənistana göndərilən pul köçürmələrində böyük azalmalar müşahidə edilməkdədir. Ölkə ekspertləri bu azalmanı 2007-ci ilin göstəriciləri ilə müqayisə edirlər. Ekspertlərin rəyində qeyd edilir ki, Ermənistanda yaranmış vəziyyət 2007-ci ildən də pis ola bilər. Təbii ki, buna cari ilin yanvarından bəri ölkəyə daxil olan pul köçürmələrinin kəskin şəkildə azalması əsas səbəb kimi göstərilir. Beləliklə, “Joxovurd” nəşri rəsmi sənədlərə istinadən qazır ki, bu ilin təkcə yanvar ayında xaricdəki fiziki şəxslər tərəfindən Ermənistana göndərilən pul köçürmələrinin ümumi miqdarı 29 milyon 372 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azdır. Belə ki, bu göstərici 2015-ci ilin müvafiq dövründə 36 milyon 821 min, 2014-cü ildə isə 78 milyon 614 min təşkil edib. Pul köçürmələrində hazırkı göstəriciləri müqayisəli şəkildə təqdim edən nəşr, əsasən pul köçürmələri hesabına ayaqda duran Ermənistan iqtisadiyyatının tənəzzülünün sürətləndiyini qeyd edir. Qeyd edək ki, hazırda Ermənistanda siyasi vəziyyət də stabil deyil. Sıravi xalqla yanaşı, ölkədəki bəzi siyasi liderlərin də ölkə hakimiyyətinə qarşı narazılığı artmaqdadır. Buna bariz nümunə kimi, son günlər Razdan şəhərində baş verənləri göstərmək olar. Belə ki, hazırda bu şəhərin meri vəzifəsini tutmaq uğrunda mübarizə gedir. Ölkədə fəaliyyətdə olan «Vətəndaş müqaviləsi» partiyasından namizədliyi irəli sürülən Sasuna Mikaelyan bu vəzifəyə ən real namizədlərdən biri kimi təqdim edilsə də, belə görünür ki, ona dövlət rəhbərliyi tərəfindən dəstək göstərilmir. Mer seçkilərində şəhər əhalisini seçkilərə çağıran “Vətəndaş müqaviləsi” partiyasının sədri, deputat Nikol Paşayan seçiciləri öz namizədlərinə səs verməyə çağırış edib. “Siyasətdə mütləq zəmanət ola bilməz” -deyə “Birinci informasiya” saytına bildirən erməni deputat hakimiyyəti vəhşi heyvanla müqayisə edib: “Hazırda Ermənistan hakimiyyəti vəhşi heyvan cildində mövcuddur və bu hakimiyyət insanlara hücum etməkdən də çəkinmir”. Paşayan hesab edir ki, hazırda ölkə əhalisinin canına hopmuş mənfi əhvali-ruhiyyədən qurtulmaq üçün vəhşi heyvan cildində olan hakimiyyətdən qurtulmaq lazımdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər
23.05.2019
Baş nazir: Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələ dostluq münasibətlərimizin ruhuna uyğun həll olunacaq
23.05.2019
Rusiya “ərəb NATO-su”na qarşı: “Bu, çox təhlükəli yoldur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info