“Mayniti Simbun”: “Ukraynada korrupsiya artıb”
Tarix: 02.03.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Avropa təşkilatlarının son hesabatına görə, Kiyev qitədə ən təhlükəli şəhər elan olunub

Kiyevin mərkəzində müstəqillik meydanı yerləşir. 2014-cü ilin fevralında burada polislə nümayişçilər arasında qarşıdurmalar başladı. Nümayişçilər arasında qərbpərəstlər və millətçilər vardı. Bu barədə Yaponiyanın “Mayniti Simbun” qəzetində müəllif Şinsaku Mano yazır.
Müəllif tərəfindən qeyd edilir ki, Ukrayna hakimiyyət dəyişikliyinin iki ilindən sonra da rüşvətxorluq və qohumbazlıqla idarə olunur və beləliklə, “demokratiya uğrunda mübarizə” davam etməkdədir: “O vaxt rusiyameyilli Viktor Yanukoviç Rusiyaya qaçdı, onun hakimiyyəti devrildi. Xalq ümid edirdi ki, Ukrayna demokratik ölkəyə çevriləcək... O vaxtdan indiyə qədər iki il ötüb. Bu ilin yanvarın sonunda təxminən 100 adam - onların arasında kiçik uşaqlar da var - Daxili İşlər Nazirliyinin elmi araşdırma mərkəzinin yataqxanasında donublar. Bu adamlar Donetsk və Luqansk vilayətlərindəndirlər. Həmin regionlarda isə Milli qvardiya ilə rusiyameyilli qüvvələr arasında mübarizə davam edir. Həmin yataqxananın otaqlarında temperatur sıfır dərəcəyə düşürülüb. İstilik sistemi işləməyib, bəzi uşaqlar bir az yüngül xəstələniblər. İş orasındadır ki, mərkəzin rəhbərliyi su və işığın verilməsini dayandırıb, o, bunu belə əsaslandırıb ki, qaçqınlar icarə haqqını ödəmirlər və buna baxmayaraq, binanı da tərk etmirlər.
“Biz icarəyə görə pul ödəyirik. Daxli İşlər Nazirliyinin məmurları bu yataqxananı özəlləşdiriblər və indi istəyirlər ki, onu mehmanxanaya çevirsinlər. Ona görə də bizi burdan qovmağa çalışırlar”. Bu barədə Donetskdə həkim işləmiş Natalya və Roman Omelçenkolar bildirib. 2014-cü ilin yayında rusiyameyilli qüvvələr regionda nəzarəti gücləndirəndə onlar uşaqları ilə birlikdə öz evlərini tərk ediblər. Sonda isə onlar bu yataqxanaya sığınmalı olublar.
Mərkəzin nümayəndələri isə bəyan edirlər ki, onlar qaçqınları dəstəkləməyə borclu deyillər. Fevralın 11-də ölkənin ədliyyə naziri Pavel Petrenko sakinlərlə əlaqə saxlayıb, amma böhrandan çıxış yolu tapılmayıb.
Donbasdan olan qaçqınların sayı 1,5 milyon nəfərdir. Ölkə iş və yaşayış yeri təqdim etməkdə ciddi çətinlik çəkir.Omelçenko ailəsi isə belə bildirir: “İndi Donbasda yaşamaq mümkün deyil, çünki demək olar ki, hamısında silah var. Amma buna baxmayaraq, çoxları burdakı dözülməz şəraitə görə yenidən Donbasa geri dönməyə məcbur olub”.
Yazıda qeyd edilir ki, korrupsiya və qohumbazlıq prezident Yanukoviç zamanında çiçəklənmişdi. Amma prezident Poroşenkonun bu situasiyanı aradan qaldırdığını demək olmaz. Az öncə biznes-dairədən çıxan bir məmurun ətrafında yaranan qalmaqal da bunu təsdiq edir. O məmurun sözlərinə görə, hakim partiya rəhbərliyi ona təzyiq göstərib.
Ölkədə islahatlar iddiasıyla çıxış edən “İslahatların reanimasiya paketi” adlı qurumun həmtəsisçisi və jurnalist Natalya Sokolenko isə belə deyir: “Heç bir hakimiyyətə güvənmək olmaz. İslahatlar yalnız aktiv vətəndaş cəmiyyəti olan halda mümkündür”.
2014-cü ilin fevral çevrilişindən sonra Rusiya Krımı özünə birləşdirdi və soyuq müharibədən sonra yaranmış dünya nizamını silkələdi. Vətəndaş müharibəsi gedən Ukraynanın şərqində 9 mindən çox insan qurban gedib. Bu, çevrilişdən sonrakı iki ilə aiddir.
Bu arada Çexiya BİS xüsusi xidmətinin keçmiş əməkdaşı Yan Şnayder çex portalı “Parlamentni Listy”yə bildirib:
“Əgər ukraynalılar nə vaxt anlasalar ki, onların öz ölkəsində çox şey onlara məxsus deyil, onlar Krım haqqında tamam unudarlar. Çünki Krım heç vaxt onlara mənsub olmayıb. O, Ukraynada hakimiyyətin laxlaması, baş nazir Yatsenyukun prezident Poroşenko və parlament çoxluğu tərəfindən dəstəyi itirməsini bildirib. O da bildirilir ki, ölkədə atəşkəsin elan olunması və ərazi bütövlüyü məsələsi ilə bağlı problemlər də yerində qalır.
O qeyd edib ki, mütəxəssislərin fikrincə, yaxın gələcəkdə Mərkəzi Asiyanı və eləcə də Ukraynanı quraqlıq bürüyəcək.
Bir faktı da qeyd edək ki, Avropa təşkilatlarının son hesabatına görə, Kiyev qitədə ən təhlükəli şəhər elan olunub.
Belə çıxır ki, “inqilabdan” sonra Ukrayna yalnız bədbəxtliklərə və insan itkilərinə düçar olub, bu ölkə indi postsovet məkanında ən yoxsul və qeyri-stabil ölkələrdən birinə çevrilib.
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info