Multikulturalizm Azərbaycan dövlətinin və xalqının ana məramıdır
Tarix: 02.03.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar ölkənin tolerantlıq ənənələrini, millətlər, mədəniyyətlər və sivilizasiyalararası münasibətlərə verdiyi dəyərləri üzə çıxarmaq və təbliğ etmək baxımından əhəmiyyətli işlər həyata keçirilməkdədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu mühüm mərama xidmət edən yay və qış məktəbləri isə artıq ənənəyə çevrilməkdədir.
Fevralın 8-15-i arası Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsində 2015-ci ilin yaz və payız semestrlərində multikulturalizmilə bağlı fənlərin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələr, nüfuzlu elm adamları təmsil olunmuşlar. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 40-a yaxın, eləcə də Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 50-dən artıq tələbə burada iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Multikulturalizm qış məktəbində yeganə təmsilçisi, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Sosial iş ixtisası üzrə I kurs tələbəsi Ərşad Zeyqəmli ilə görüşüb, onun layihə ilə bağlı təəssüratlarını öyrəndik.
Ərşad qeyd etdi ki, Qış məktəbinin təşkilində əsas məqsəd xarici ölkə universitetlərindəki tələbələrə, tanınmış ictimai xadimlərə, ziyalılara Azərbaycanı sevdirmək, xalqımızın tolerantlılıq təcrübəsini, milli kultural ənənələrini, Azərbaycanın bununla bağlı birmənalı dövlət siyasətini əcnəbilərə aşılamaq idi və buna uğurla nail olundu. Layihə çərçivəsində azərbaycanlı mütəxəssislərlə yanaşı, müxtəlif ölkələrdən professorlar - BBMM-in Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Teresa Damasio, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Ardahan Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin rəhbəri Ramazan Qorxmaz, BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysberger, Litva Pedaqoji Universitetinin alimi Vidas Kavaliauskas, “Xudojestvennaya literatura” nəşriyyatının baş redaktoru G.V.Pryaxin, Moskva Açıq Təhsil İnstitutunun UNESCO beynəlxalq təhsil və miqrant uşaqların məktəbə inteqrasiyası kafedrasının müdiri Y.A.Qoryaçev kimi tanınmış alimlərin mühazirələri dinlənildi.
Ərşad onu da vurğuladı ki, maraqlı və rəngarəng ekskursiyalar Azərbaycanı daha dərindən tanıtmağa, ölkəmizi maksimum təqdim etməyə xidmət edirdi. Belə ki, Fəxri və Şəhidlər xiyabanlarını, Heydər məscidini, Bakıda yerləşən ibadət evlərini, Qubada və Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorialını ziyarətlər qonaqlarda böyük maraq doğurdu. BBMM, Bakı Slavyan Universiteti, Bilik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Milli Olimpiya Komitəsi, Bakı Əyləncə Mərkəzi, Xaçmaz Rayon Tarix Diyarşünaslıq Muzeyi və Qubadakı Qırmızı Qəsəbədə görüşlər olduqca maraqlı idi. Qış məktəbi boyu tələbələrin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Milli Məclisin komitə sədri, akademik Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının rəhbəri, Xalq artisti Afaq Məlikova, eləcə də digər rəsmi şəxslər və incəsənət xadimləri ilə görüşləri, əminəm ki, qonaqlarımız unutmayacaq.
Ərşadın söylədikləri, “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda keçirilən “dəyirmi masa”, kütləvi informasiya vasitələrinə verilən müsahibələr bir daha təsdiq edir ki, Qış məktəbi xarici ölkə iştirakçılarında Azərbaycan haqqında dolğun, dəqiq məlumat formalaşdırmışdır. Layihə çərçivəsində tədrislə yanaşı, tələbələrin istirahət saatlarının səmərəli təşkili də yüksək səviyyədə həyata keçirilmişdir. Qış məktəbinin davamı olaraq Qubaya, Xaçmaza, Qusara, Şahdağa səfərlər zamanı Azərbaycanın əsrarəngiz, füsunkar təbiəti, ecazkar gözəllikləri ilə yanaşı, ölkəmizin müxtəlif regionlarındakı insanların qonaqpərvərliyi, humanizmi, daxili saflıqları, mənəvi gözəllikləri əcnəbilərdə heyrətamiz hislər oyatmışdır. Qonaqlar tolerantlığın bütövlükdə Azərbaycanın köklü mənəvi dəyəri olduğunu öz gözləri ilə görmüşlər.
Ərşad Qış məktəbi çərçivəsində daha maraqlı bir layihənin də həyata keçirilməsi, “Qardaşlaşmış məktəblər” layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəblilərin qoşulması haqqında da məlumat verdi.
İnanırıq ki, gənc nəslin bu nümayəndələrinin bir-biri ilə dostluğu, isti münasibətləri həyatları boyu davam edəcək. Bu layihə vasitəsilə müxtəlif xalqların nümayəndələri ilə həmişəlik sevgi, səmimi ünsiyyət, dostluq münasibətləri qurulmuşdur. Başlıcası isə, kitablarda oxuduqları Azərbaycan kulturalizminin əyanı şahidi olan bu insanların hər biri ayrı-ayrılıqda özləri ilə ölkələrinə Azərbaycana sevgi, məhəbbət, ehtiram daşıyacaqlar. Bu görüş onların heç birinin hafizəsindən silinməyəcək. Bu layihə həm də Azərbaycanı daha çox tanıtmaq, Azərbaycan həqiqətlərini daha geniş təbliğ etmək baxımından əlverişli fürsət idi. Tələbəmiz Ərşad Zeyqəmli isə bu il keçiriləcək yay məktəbinə dəvət almağının sevincini də gizlətmədi, layihə təşkilatçılarına, onun buradakı iştirakına dəstək olan müəllimlərinə, universitet rəhbərliyinə minnətdarlığını çatdırdı.
Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Mətbuat Şurası İdarə heyətinin üzvü




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info