Şəkidə yeni açılan ticarət mərkəzində 1500-dək iş yeri yaradılacaq
Tarix: 02.03.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Şəki şəhərinin Salman Mümtaz küçəsində yeni istifadəyə verilən ticarət mərkəzi tam gücü ilə fəaliyyət göstərdikdə burada 1500-dək iş yerinin açılması nəzərdə tutulur.
Bu barədə ticarət mərkəzinin açılışında məlumat verilib. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə çıxış edən İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hər yerdə olduğu kimi, Şəki rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, təkcə 2016-cı ilin əvvəlindən rayonda 700-dək yeni iş yeri açılıb. Yeni istifadəyə verilən bu ticarət mərkəzində də 1500 nəfərə yaxın sakin işlə təmin olunacaq. Mərasimdə obyektin sahibi, iş adamı Rüfət İbrahimov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına göstərilən qayğıya görə şəkili sahibkarlar adından Prezidentə minnətdarlığını bildirib. Ticarət mərkəzində avtomobillərin saxlanması üçün dayanacaq da inşa edilib. Əraziyə asfalt örtüyü döşənib, kommunikasiya xətləri quraşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info