Nəsimi Ağayev qubernator Keyt Braunla görüşüb
Tarix: 02.03.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Oreqon ştatına etdiyi işçi səfər müddətində ştatın qubernatoru, xanım Keyt Braunla (Kate Brown) ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Baş Konsulluqdan verilən məlumata görə, görüş zamanı Azərbaycanla Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
N. Ağayev qubernatora Azərbaycanın tarixi, müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, tolerantlıq və multikulturalizm ənənələri haqda məlumat verib.
Diplomat müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğunu və ilk dəfə qadınlara səsvermə hüququnun məhz Azərbaycanda verildiyini diqqətə çatdırıb.
Baş konsul, həmçinin, Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. N. Ağayev son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
 
Öz növbəsində, qubernator Brown keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycanla Oreqon ştatı arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.
Qeyd edək ki, Oreqon ştatına işçi səfəri zamanı baş konsul N. Ağayev ştatın dövlət katibi Cin Atkins (Jeanne Atkins), hər iki partiyanı təmsil edən müxtəlif qanunvericilər, ştatın ən böyük şəhəri olan Portlandın meri Çarli Heyls (Charlie Hales) ilə də görüşlər keçirib, Portland Ştat Universitetində tələbələr qarşısında çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info