Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzində 10 min bildirçin bəslənilir
Tarix: 02.03.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Son dövrlərdə qlobal miqyasda ekoloji tarazlığın pozulması ilə ətraf mühit xeyli dəyişikliyə məruz qalıb, insanlar arasında bir sıra xəstəliklərin sayı artıb. Aparılan müşahidələr və tədqiqatlar göstərir ki, şəkərli diabet, qan təzyiqi və allergik xəstəliklərin yaşında cavanlaşma qeydə alınır. Bu baxımdan bildirçin yumurtası radioaktiv şüalanmaya və allergik xəstəliklərə qarşı qiymətli vasitə hesab olunur.
Strateji sahələrdən hesab edilən kənd təsərrüfatının inkişafına nail olmaq, insanları ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin etmək, eləcə də göstərilən problemlərin həllinə kömək məqsədilə 2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkəmizdə ilk dəfə olaraq elmi əsaslarla işlənib hazırlanmış Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzi yaradılıb.
ADAU-nun dosenti, Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzinin direktoru Mahir Hacıyev bildirib ki, bildirçin il ərzində 300-330 yumurta verir. 10-12 qramlıq bildirçin yumurtası radioaktiv şüalanmaya və allergik xəstəliklərə qarşı qiymətli vasitədir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, amin turşuları və mikroelementlər var, xolesterin isə ümumiyyətlə yoxdur. Odur ki, göstərilən keyfiyyətlərinə görə bildirçin yumurtası olduqca qiymətli və müalicəvi əhəmiyyətə malik qida maddəsidir. Yaşlı nəslin əksəriyyəti, uşaqların isə 80 faizə yaxını müxtəlif allergik xəstəliklərdən əziyyət çəkirlər. Bu quşların yumurtalarını uşaqların yemək rasionunda istifadə etdikdə onların orqanizmindəki radioaktiv maddələrin xaric olunmasına səbəb olur.
Mahir Hacıyev qeyd edib ki, bildirçinin yumurtası ilə bərabər, əti də sağlamlıq üçün qiymətlidir. Bildirçin əti pəhrizlik xüsusiyyətlərinə malik olduğu üçün alternativ qida kimi insanlar arasında ona tələbat ildən-ilə artır.
Hazırda ADAU-nun Tədris Mərkəzində 10 minə yaxın bildirçin bəslənilir. Mərkəz müvafiq ixtisaslarda təhsil alan tələbələrə tədris prosesinin nəzəri hissəsini mənimsətməklə yanaşı, onların laboratoriya və eksperimental təsərrüfatda praktiki biliklərini zənginləşdirməkdə də böyük rol oynayır. Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzinin fəaliyyətinin əsas istiqaməti müasir və intensiv texnologiya əsasında döşəmə və qəfəs şəraitində bildirçinlərin yetişdirilməsi, bəslənməsi, quşlardan yumurta alınmasında müəyyən tədqiqatların aparılması, onların ətlik xüsusiyyətlərinin öyrənilməsi və yüksək nəticələrin əldə edilməsidir.
Bildirçin yetişdirmə üzrə təsərrüfat sahəsi ölkəmiz üçün yeni olsa da, qədim dövrlərdən Çində və Yaponiyada əhali bildirçin bəsləməklə məşğul olub. Lakin bu quşların yetişdirilməsi prosesinə XX əsrdən başlanılıb. Keçmiş sovetlər məkanında isə bildirçinin sənaye əsasında yetişdirilməsi 1960-cı illərə təsadüf edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info