Amerika Ticarət Palatasının Direktorlar Şurasının yeni üzvləri seçilib
Tarix: 02.03.2016 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) keçirilmiş illik iclası çərçivəsində Palatanın Direktorlar Şurasının yeni üzvləri seçilib.
Tədbiri giriş nitqi ilə açan “AmCham”ın prezidenti İlqar Vəliyev namizədləri Palatanın Direktorlar Şurasına təqdim edib. Daha sonra namizədlər öz platformaları ilə iclas iştirakçıları qarşısında çıxış ediblər.
İclas iştirakçılarına, həmçinin “AmCham”ın iki yeni əməkdaşı təqdim olunub – təzəlikcə təyin olunmuş İnsan Resursları Komitəsinin sədri Leyla Novruzova və Palatanın üzvləri ilə iş üzrə nümayəndəsi Aygün Babazadə. Bundan başqa, İlqar Vəliyev “Ağ Sənəd”in (Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr) hazırlanmasında yeniliklər haqda məlumat verib və iki vacib tədbirə hazırlıq barədə danışıb: Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birgə təşkil olunacaq “Gömrük Sisteminin İnkişafı və Gələcək Perspektivləri” konfransı və “Kənd təsərrüfatı sektorunun inkişafına” həsr olunmuş dəyirmi masa.
Daha sonra səsvermə nəticəsində “AmCham”ın Direktorlar Şurasının beş yeni üzvü seçilib: “Societe Generale” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, “Deloitte” şirkətinin Azərbaycandakı icraçı partnyoru Nuran Kərimov, “PwC” şirkətinin Azərbaycandakı icraçı partnyoru Mövlan Paşayev, ADA Universitetinin Xarici, hökumət və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və “P&G” şirkətinin baş meneceri Tayqun Günay. Direktorlar Şurasının mövcud üzvləri siyahısında “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, KPMG-nin Azərbaycandakı icraçı partnyoru Vüqar Əliyev, “Pasha Bank”ın baş direktoru Taleh Kazımov, “Nar Mobile” şirkətinin baş direktoru Kent Makneli və “EY” şirkətinin Azərbaycandakı icraçı partnyoru İlqar Vəliyev yenidən yer alıblar.
Qeyd edək ki, gələn ay ərzində Direktorlar Şurası geniş təcrübəyə malik komitələrin səmərəliyinin artırılması və Palatanın inkişafına töhfə verə biləcək yolları “AmCham”ın strateji iclasında müzakirə etməyi planlaşdırır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info