“Suriyalı ailələr işğal olunan ərazilərimizdə yerləşdirilirlər”
Tarix: 02.03.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Hikmət Hacıyev: “İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərənlərə xəbərdarlıq edilib”

“Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilmiş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir”.
Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev XİN-in hazırladığı “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabata dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir: “Bu baxımdan Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm ermənilərin, həm də xarici vətəndaşların işğal olunmuş ərazilərə köçürülməsini, Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmağa və gələcəkdə belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır. Azərbaycan beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır”.
XİN sözçüsü qeyd edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Onun sözlərinə görə, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün yeganə yol BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır: “Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünün, xüsusilə işğal olunmuş ərazilərində hər hansı bir yol və vasitə ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və ya onda iştirak daxil olmaqla, pozulmasına imkan verməyəcək. Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının hüquqları və qanuni maraqlarını qorumaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı özünün milli hüquq sistemi və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş üçüncü ölkənin yerli məhkəmələri vasitəsilə fərdlər və şirkətləri təqib etmək məcburiyyətində qalması kimi hər hansı bir fəaliyyətin nəticələrinin məsuliyyəti bütünlüklə Ermənistanın və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş fiziki və hüquqi şəxslər, şirkətlər və qurumların üzərinə düşəcək”.
O həmçinin bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər həyata keçirən xarici vətəndaşların, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması gündəlikdədir.
 XİN rəsmisi bildirib ki, Respublika Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə birgə müvafiq işlər aparılır: “Belə bir fakt var ki, İsveçrə şirkətlərindən birinin sahibi Frank Müller barəsində cinayət işi başlanıb. Əvvəlcə o şəxsin vətəndaşı olduğu ölkəyə müraciət edilib. Onun qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün effektiv tədbir görülmədiyindən Azərbaycanın milli qanunvericiliyi əsasında cinayət işi açılıb".
H. Hacıyevin sözlərinə görə, ATƏT-in həmin ərazilərdə təşkil etdiyi faktaraşdırıcı missiyasının bəyanatda deyilir ki, bu cür qeyri-qanuni fəaliyyətlər münaqişənin həllinə ciddi maneə törədir: “Təkzibolunmaz faktlarının nəticələrinin aradan qaldırılması üçün təsiredici addımlar atılmayıb. Bu xüsusi müzakirə mövzusudur. Həmsədrlər münaqişənin həllində bilavasitə vasitəçi olduqları üçün onlar tərəfindın də müvafiq addımlar atılmalıdır. Onu da qeyd edim ki, bu kimi missiyalarla bağlı ermənilər tərəfindən ciddi maneələr yaradılır”.
H. Hacıyev bildirib ki, işğal altında olan ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər, əsasən, erməni diasporu ilə əlaqəsi olan və erməni əslli şəxslər tərəfindən həyata keçirilir: “Amma qazanc məqsədi ilə bu işlə məşğul olan xarici vətəndaşlar da var. Bununla yanaşı, humanitar missiya adı altında vergidən azad olan şəxslər həmin ərazilərdə müxtəlif infrastruktur layihələr həyata keçirirlər. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri bu layihələrə cəlb olunduğu halda, biz bu məsələni onların vətəndaşı olduğu ölkə ilə hökumətlərarası komissiyaların iclasında da qaldırırıq”.
XİN sözçüsü Suriya böhranı başlayandan erməni mənşəli suriyalıların işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırıldığını da deyib: “15-20 min suriyalı qaçqın Ermənistana yerləşdirilib.Onlardan yüzlərlə ailənin işğal altında olan ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var. Ermənilər isə bununla bağlı real faktları gizlədirlər”.

 
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info