Formula-1 vaxtı tibbi yardımla bağlı tədbirlər planı hazırlanıb
Tarix: 02.03.2016 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Bakı Şəhər Halqası (BŞH) Formula-1 Avropa Qran Prisi zamanı müxtəlif növ təcili və ilk tibbi yardımın göstərilməsini nəzərdə tutan tədbirlər planını Səhiyyə Nazirliyi ilə birgə işləyib hazırlayıb”. 
BŞH-dən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, yarışın təşkilatçılığı və keçirilməsi ilə əlaqədar Beynəlxalq Avtomobil Federasiyasının qoyduğu müəyyən şərtlər və zəruri tələblər var. Tamaşaçıların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün tibbi briqadalar trek ətrafı boyunca xidmətə hazır vəziyyətdə olacaq: “Bütün tribunalarda, tamaşaçıların və ərzaq yoxlanışının olduğu yerlərdə zəruri tibbi xidmətlərin göstərilməsi təmin ediləcək. Hər zonada və əksər tribunada tibbi klinikalar fəaliyyət göstərəcək. Bu klinikalar Abşeron tribunasına aid alış-veriş zonasında, tamaşaçıların olduğu zonada və Park Bulvarda yerləşdiriləcək. Bütün bu sadalanan yerlərdə ümumilikdə həkim və tibb bacılarından ibarət 100 nəfərlik tibbi heyət və Tibb Universitetinin 110-dan çox tələbədən ibarət ilk yardım heyəti qonaqlara və tamaşaçılara xidmət göstərəcək. Tamaşaçıların olduğu zonalara Beynəlxalq Avtomobil Federasiyasının standartlarına və beynəlxalq səviyyədə qəbul edilmiş tibbi normalara müvafiq şəkildə təchiz olunmuş təcili yardım avtomobilləri təhkim olunacaq. Bütün tibbi xidmətlər Səhiyyə Nazirliyi ilə olan əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”.
 
Qeyd olunub ki, ilk tibbi yardım proqramında bəzi dəyişikliklər və yeniliklər nəzərdə tutulub: “Trek üçün 300 kvadrat metr həcmində müvəqqəti Tibb Mərkəzinin inşa edilməsi planlaşdırılır. Bu mərkəz yarış ərzində fasiləsiz fəaliyyət göstərəcək. Qəza nəticəsində zədələnən şəxsə ilk müdaxilə burada ediləcək və həmin şəxs vəziyyəti stabilləşəndən sonra əlaqədar xəstəxanaya göndəriləcək. Mərkəzi Neftçilər Xəstəxanası əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub. Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən bu xəstəxananın tərkibində yanıq şöbəsi qurulacaq. Burada işə peşəkar həkimlər cəlb olunacaq və bu şöbə müasir avadanlıqlarla tam təchiz olunacaq”.
 
Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına görə, tibbi xidmətlərin quruluşu aşağıdakı formalarda olacaq:
Tibbi Müdaxilə Avtomobilləri (MİV) - Yarış vaxtı baş verən qəza hallarına, hazır vəziyyətdə gözləyən 4 tibbi briqadadan biri müdaxilə edəcək.
Təcili Yardım Avtomobilləri – Qəza halında evakuasiya xidməti standartlara cavab verən təcili yardım avtomobilləri vasitəsilə həyata keçiriləcək. Yarış vaxtı üçün 11 təcili yardım avtomobili nəzərdə tutulub və gecə növbəsi üçün də əlavə 2 təcili yardım avtomobili təhkim ediləcək. Bütün təcili yardım avtomobillərində reanimasiya (resuscitation) şəraiti mövcud olacaq.
Piyada briqadalar (FOX) və ya həkimlər – Bu heyət yarış vaxtı trekin müxtəlif yerlərində fəaliyyət göstərəcək. Bu xidmət üçün 11 komanda nəzərdə tutulub. Hər komandada həkim və paramedikdən ibarət 2 nəfər olacaq. Hər 2 tibb işçisi tibbi yardıma ehtiyacı olan şəxslərlə ingilis dilində ünsiyyət qura biləcək.
Ekstrikasiya (extrication) briqadaları – Bu briqadaların vəzifəsi qəza nəticəsində kokpitə sıxışmış vəziyyətdə qalan və öz gücü ilə bolidi tərk edə bilməyən F1 sürücülərini xilas etməkdir. Bu hallar üçün ümumilikdə 3 komanda nəzərdə tutulub. Hər komandada yüksək keyfiyyətlərə sahib 6 nəfər çalışacaq. Onların hamısı artıq Beynəlxalq Avtomobil Federasiyasının Tibbi Komissiyasının fəxri vitse-prezidentinin Jan-Jak İssermanın rəhbərliyində 4-5 fevral 2016-cı ildə baş tutmuş sınaqdan uğurla keçiblər” – məlumatda deyilib.
Qeyd edək ki, Formula-1 Avropa Qran Prisinə bu il iyunun 19-da yerli vaxtla saat 18.00-da start veriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info