Jurnalistlər MN-in Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında olublar
Tarix: 02.03.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Bu gün kütləvi informasiya vasitələrinin nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında yaradılan şəraitlə tanış olublar.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən təşkil olunan səfər zamanı media nümayəndələri inzibati və texniki ərazilərə baş çəkib, yaradılan şəraitlə yerində tanış olublar. Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Münasib Babayev bildirib ki, bu cür bazalar cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir: “Bu bazalar müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir”.
Mərkəzi Əşya Bazasındakı hamam-camaşırxana kombinatının fəaliyyəti ilə tanışlıq zamanı idarə rəisi qeyd edib ki, Müdafiə Nazirliyinin 70 faiz hərbi hissələrində müasir tələblərə cavab verən stasionar və ya səhra tipli çamaşırxanalar tikilərək şəxsi heyətin istifadəsinə verilib: “Burada hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil olunur. Eyni zamanda, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir. Bundan başqa, stasionar, çöl şəraitindəki hərbi hissələrdə də hamam-camaşırxana və məişət otaqları üçün avadanlıqların yenisi ilə əvəz olunması istiqamətində iş aparılır”.
Silahlı Qüvvələrin şəxsi heyətinin təminatı üçün nəzərdə tutulan əşya əmlakın etalon nümunələrinə baxış zamanı bildirilib ki, istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü ilə seçilir: “Köhnə tip əsgər çarpayıları isə müasir tipli bir və ikimərtəbəli çarpayılarla, ortopedik yataq dəstləri ilə əvəz olunub. O cümlədən, şəxsi heyətin geyim və əşya ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə edilib”.
Mərkəzi Ərzaq Anbarı ilə tanışlıq zamanı deyilib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin il ərzində təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan istifadə olunur: “Yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları birbaşa hərbi hissələrə yola salınır”.
Qeyd olunub ki, yeməkxanalarda aşpaz, yeməkxana və mətbəx işçilərinin mülki işçilərlə əvəz olunması yeməklərin keyfiyyətinə müsbət təsirini göstərib: “Hazırda yeməkxanalarda milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb. Stasionar şəraitdə yerləşən hərbi hissələrdən fərqli relyefinə görə daşıma yolları çətin və yüksək dağ şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilir”. 




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info