“Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir”
Tarix: 02.03.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır.”- Heydər Əliyev. Zərdab rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə bağlı “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada rayon idarə və təşkilatların əməkdaşları, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq ölkə rəhbərinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği üçün 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini bildirib. Onun sözlərinə görə, multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. “Ümummilli lider Heydər Əliyev multikultural dəyərləri demokratiyanın bir hissəsi hesab edib. Bu siyasət Prezident tərəfindən bu gün də davam etdirilir. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Multikultural cəmiyyətdə hər bir vətəndaş bərabər hüquqlara sahibdir. Bunun Azərbaycanda, o cümlədən də Zərdab rayonunda əyani şahidi oluruq. Rayonun müxtəlif müəssisələrində, eləcə də Heydər Əliyev Mərkəzində bu yöndə silsilə tədbirlərimiz davam etdiriləcək.” – deyə, Könül Rəhimova vurğulayıb. Mərkəzin elmi işçisi Alagöz Namazova “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda məruzə edərək, Prezidentin bu ili “Multikulturalizm ili” elan etdiyi üçün hər bir vətəndaşın bu yöndə fəaliyyət göstərməli, məsuliyyət daşımalı olduğunu deyib: “Azərbaycan ta qədimdən müxtəlif millətlərin, ayrı-ayrı dini dəyər daşıyıcılarının mehriban şəraitdə yaşadığ məkan olub. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri buranı öz evləri kimi qəbul edirlər”. Daha sonra Mərkəzin əməkdaşı Xanım İmanova “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda məruzə edərək, Azərbaycanın humanist qanunları müxtəlif xalqların, milli azlıqların tolerantlıq şəraitində birgə yaşamını, eyni zamanda onların hər birinin milli, dini ayinlərini yaşadaraq gələcək nəsillərə ötürülməsini təmin etməsindən, multikulturalizm xalqmızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat. tərzi olmasından dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov çıxışında qeyd edib ki, multikulturalizmin beynəlxalq münasibətlər sistemində, dövlətlərarası, millətlərarası, müxtəlif mədəniyyətlərarası münasibətlərdə vacib əhəmiyyətini hər zaman yüksək qiymətləndirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş siyasət nəticəsində ölkəmizdə milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti təmin olunub, çoxmillətli və çoxkonfessiyalı diyarımız dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib. Tədbirdə həmçinin mövzu ilə bağlı rayon “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva çıxış edərək bu cür aktual mövzuda maarifləndirmə tədbirinin təşkilinə görə Heydər Əliyev Mərkəzinin kollektivinə dəyirmi masa iştirakçıları adından təşəkkürünü bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info