AHIK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olundu
Tarix: 02.03.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


2016-cı ilin mart ayının 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2015-ci ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
AHİK-i sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bugünkü tədbirdə 20 ali məktəbin 61 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib. İndiyə qədər isə 1907 tələbə bu ada layiq görülüb.
Eyni zamanda 2015-ci ildə beynəlxalq miqyaslı musiqi, incəsənət, idman və elmi müsabiqələrdə iştirak edərək yüksək nailiyyətlər qazanan 22 tələbə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatları ilə təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info