Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin olundu
Tarix: 02.03.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.Martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edildi. Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkə mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin yeni dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ölkəmizin ən böyük muzeylərindən biri olan Xalça Muzeyi də Azərbyacan xalqının min illərdən bəri yaratdığı toxuculuq sənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tutur və daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub: “Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Bizim xalçaların tarixi min illərə gedib çıxır. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayiş edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirildi. 26 avqust 2014-cü ildə isə dövlət başçısının iştirakı ilə muzeyin yeni möhtəşəm binasının açılışı keçirildi. Bu binanın ərsəyə gəlməsində, həmçinin Azərbaycan xalçalarının dünyada tanıdılması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi var”.
Nazir qeyd etdi ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır: “Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var. Bu o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.
Daha sonra Əbülfəs Qarayev muzeyə yeni təyin olunmuş direktor Şirin Məlikovanı kollektivə təqdim etdi, ona gələcək işlərində uğurlar arzuladı.
Qeyd edək ki, Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.
Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16.08.2019
Bakıda TOT kursu öz işinə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Azərbaycan polisi ictimai sabitliyin keşiyindədir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info