“The Guardian”: “Yapon qadınlarının üçdəbirə qədəri işdə cinsi zorakılıqlara məruz qalır”
Tarix: 02.03.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Sorğu göstərir ki, qadınlarla işdə nalayiq davranılır

Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, yapon qadınlarının təxminən üçdəbirə qədəri işdə cinsi zorakılığa və nalayiq davranışlara məruz qalır. Bu barədə qadınların iş yerlərində rolunun artırılması və mövqeyinin yüksəldilməsinə həsr edilmiş hökumət məruzəsinə əsaslanılıb. Bu cür cinsi zəhlətökənliyə məruz qalan qadınların yarıdan çoxu bildirib ki, onlar əsasən kişi həmkarları tərəfindən özlərinin vücudu, yaşı və fiziki xüsusiyyətlərinə görə zəhlətökən atmacalara və davranışlara məruz qalırlar. Daha ciddi cinsi təzyiqlərə məruz qalan qurban qadın işçilər isə qeyd edirlər ki, onlar cinsi münasibət qurmaq üçün təzyiqlərə məruz qalıblar və onlarla nalayiq davranılıb.

İqtisadçılar xəbərdarlıq ediblər ki, qadınlarsız ölkə iqtisadi geriləmə ilə üzləşir və onun işçi qüvvəsi ixtisara düşür

Bu barədə Yaponiyada keçirilən ilk sorğuda sağlamlıq, əmək və rifah naziri bildirmişdi ki, tam iş günü və natamam iş günü ilə təmin olunmuş respondentlərin 30 faizi cinsi baxımdan iş yerində zərər gördüklərini bildiriblər. Bu göstərici bu dəfə 35 faizə qalxıb. 25-44 yaşlarında olan 9600-dən çox sorğuda iştirak edən qadın hazırda işləyir və ya əvvəllər işləyiblər. Onların 40 faizindən çoxu arzuolunmaz yerlərindən toxunulduğunu bildirib, 17 faizi isə cinsi münasibətə təhrik və ya məcbur edildiyini dilə gətirib. Respondentlər belə münasibətlərin təqsirkarlarının 24,1 faizinin rəhbər işçilər olduqlarını bildiriblər.
O da qeyd edilir ki, Yaponiyada bir çox qadınlar hamilə olduqları zaman da bu cür nalayiq davranışlara məruz qaldıqlarını bildiriblər.
Sorğu onu da üzə çıxarıb ki, qadınlar, əsasən, özlərinə qarşı davranışlarla bağlı rəsmi şikayət və ya ittiham irəli sürməkdən yayınırlar. Onların 63 faizi bildirib ki, özlərinə qarşı nalayiq davranışları sükutla qarşılayıblar, 10 faiz isə bildirib ki, şikayət ediblər və buna görə onlara xoş münasibət göstərilməyib, ya da işlərindən məhrum olublar.
Qeyd edilir ki, Yaponiya hazırda qadınların iş yerlərində, əsasən də rəhbər vəzifələrdə təmsil olunması uğrunda mübarizə aparır. Onların əksəriyyəti günün bir hissəsini işləyirlər, yaxud az pul ödənilən işlərdə təmsil olunurlar. Yalnız 3 600 yapon şirkətində az sayda vəzifəlilər qadınlardır.
Baş nazir Şinzo Abe 2020-ci ilə qədər lider mövqelərin 30 faizinin qadınlara həvalə edilməsini hədəfləyir. Amma bir çox ekspertlər hesab edir ki, bu, mümkün deyil.
“Grant Thornton International Business Report 2015”in hesabatına görə, dünyada qadınların şirkətlərdə rəhbər vəzifələrdə təmsil olunması ilə bağlı orta göstərici 22 faizdir. Yaponiyada isə bu göstərici 8 faizdir.
Abenin “womenomics” proqramı həm də qadın işçi qüvvəsinin artırılmasına və bununla da onların rəhbər vəzifələrdə təmsil olunmasına həvəsləndirilməsinə yönəlib. İqtisadçılar xəbərdarlıq ediblər ki, qadınlarsız ölkə iqtisadi geriləmə ilə üzləşir və onun işçi qüvvəsi ixtisara düşür.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info