“Üzən məzənnə“ siyasəti özünü doğruldur”
Tarix: 03.03.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Azərbaycanda həyata keçirilən "üzən məzənnə" siyasəti özünü doğruldur. Mərkəzi Bank valyuta hərracını özünün tərtib etdiyi qrafikə uyğun aparır. Xarici valyutaya tələbat tamamilə ödənilir”.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Mərkəzi Bankın sədri qeyd edib ki, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu, düzgün qərardır. Ötən il dekabrın 21-də "üzən məzənnə" siyasətinə keçidlə bağlı qəbul edilən qərar Azərbaycanın strateji maraqlarına uyğundur. Azərbaycan manatı dayanıqlılığı təmin edilməyənədək "üzən məzənnə" rejimində olacaq. Mərkəzi Bankın əsas vəzifəsi manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır. Hazırda manat öz dayanıqlılığını artırmaqdadır. "Gömrük statistikasını diqqətlə izləyirik, idxalın azalmasını müşahidə edirik. Azərbaycana idxal azalır. Bütövlükdə, bu yeni idxal dinamikasına uyğun olaraq, ölkənin valyuta balansının proqnozu həyata keçirilir. Proqnozlarımıza əsasən, təxmini balans mövcuddur. Bu onu göstərir ki, manat özünün dayanıqlı məzənnəsini axtaracaq", - deyə E.Rüstəmov bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info