Böyük Britaniya Parlamentində Xocalı ilə bağlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb
Tarix: 03.03.2016 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı “early day motion” adlı qanunvericilik təşəbbüsləri irəli sürülüb.
“Trend” Böyük Britaniya Parlamentinin saytına istinadən xəbər verir ki, aparılmış diplomatik fəaliyyətin nəticəsində Xocalı Soyqırımına Böyük Britaniyanın ictmai-siyasi dairələrinin diqqətinin yönəldilməsi məqsədilə Böyük Britaniya Parlamentində ayrı-ayrılıqda “early day motion” (EDM) adlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb.
Nəzərə almaq lazımdır ki, Böyük Britaniya Parlamenti dünya miqyasında özünəməxsus siyasi çəkiyə malikdir və Xocalı soyqırmının qanunverilik təşəbbüsü formasında Britaniya parlamentinin gündəminə gəlməsi Xocalı soyqırmının tanıdılması istiqamətində mühüm diplomatik qələbədir.
Parlamentin Azərbaycan Qrupunun (All Party Parliamentary Group on Azerbaijan) sədri Bob Blekmen tərəfndən irəli sürülmüş təşəbbüsdə (mətn əlavə olunur) deyilir:
Bu Palata 26 fevral 1992-ci il tarixində Ermənistan hərbi qüvvələri tərəfindən Xocalı şəhərinə olan hücumun 24-cü ildönümünü qeyd edən Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirir, Böyük Britaniya hökumətini Ermənistan və Azərbaycan arasındakı münaqişənin beynəlxalq təşkilatların qətnamələri, xüsusilə də BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində daha fəal rol oynamağa çağırır.
Həmçinin, Şotlandiya Millətçi Partiyasının (Scottish National Party) parlamentdə təmsil olunan üzvü Petrik Qreydi tərəfindən Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar ayrıca qanunvericilik təşəbbüsü (mətn əlavə olunur) irəli sürülmüşdür. Təşəbbüsə SNP-nin üzvləri başda olmaqla digər parlament üzvləri qoşulmuşlar. Qanunvericilik təşəbbüsündə deyilir:
Bu Palata 26 fevral 2016-cı il tarixinin işğalçı Ermənistan qoşunları tərəfindən Azərbaycanın Xocalı şəhərinə qarşı hücumun 24-cü ildönümü olduğunu bildirir, hücum zamanı öldürülmüş 613 kişi, qadın və uşağın ailələrinin kədərinə şərik olduğunu qeyd edir, Ermənistan qoşunlarının Azərbaycan ərazilərini işğalına son qoymağa çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyinə diqqət çəkir, son zamanlar Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatlığını bildirir, Böyük Britaniya hökumətinə müraciət edərək bu faciənin ildönümündən istifadə etməklə münaqişənin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində beynəlxalq səyləri artırmağa çağırır.
Bizim bir çoxumuz Azərbaycanda olmuş və qaçqın düşərgələrində məskunlaşmış məcburi köçkünlərin məşəqqətli həyatının şahidi olmuşuq. Xocalıda baş verənlər heç şübhəsiz ki, 20-ci əsrin ən faciəvi səhifələrindən birini təşkil edir. Bu faciəni törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinin tapılmaması Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması qarşısında əsas əngəldir. Sizin ölkənizin Qərbdə mühüm strateji və iqtisadi tərəfdaşı kimi Böyük Britaniya, münaqişənin sülh yolu ilə həllində və Cənubi Qafqazın sabitlik və rifah regionuna çevrilməsində maraqlıdır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info