Bakı-Qazax avtomobil yolunda yeni yol hissəsi salınıb 
Tarix: 03.03.2016 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 metr uzunluğunda, 12,5 metr enində yeni yol hissəsi salınıb.
Bu barədə “Azəryolservis” ASC-dən məlumat veriblər.
Geri dönmə üçün nəzərdə tutulmuş yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 metr dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6450 m2 sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 metr enində çiyinlər də tikilib.
Sonra 4750 m2 sahəyə 2 qat olmaqla ( 12 sm + 6 sm ) 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 metr enində genişləndirilib və yol ayrıcında 2200 m2 sahədə ( 800 m2 + 1400 m2 ) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2200 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, əkənarlarına 400 p/m yeni səki daşları düzülüb.
“Azəryolservis” ASC-nin rəhbərliyinin daim nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılmış tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına 270 p/m əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info