Fransalı deputat: “İlkin olaraq Dağlıq Qarabağın ətraf rayonları qaytarılmalıdır”
Tarix: 03.03.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


"ATƏT-in Minsk qrupunun fəaliyyəti illərdir ki, ölü nöqtədən tərpənmir. 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində tərpəniş gözə dəymir. Bu isə o deməkdir ki, sözügedən qrupun fəaliyyətində heç vaxt irəliləyiş olmayacaq. Bu qurumun cəhdlərinə inanmayanları dəstəkləyirəm". “Trend”-in məlumatına görə, bu barədə Dailykarabakh-a eksklüziv açıqlamasında Fransanın sabiq nəqliyyat naziri və Milli Assambleyanın deputatı Tieri Mariani bildirib.
Deputatın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əlaqələrin və dialoqun təşkilində Minsk qrupunun rolu, üstünlükləri çox azdır: "Ümid tərəflərin - Azərbaycan və Ermənistanın birgə müzakirələr aparmasına qalıb. Şübhəsiz, münaqişənin nizamlanması regionda əlində kart olan və böyük gücə malik bir ölkənin iradəsindən asılıdır. Hər kəs bilir ki, Ermənistan Rusiyanın iqtisadi və siyasi təzyiqləri altındadır. Hesab edirəm ki, həqiqəti gizlətmək olmaz. Əgər Moskva problemi yoluna qoymaq istəyərsə, prosesdə irəliləyiş müşahidə olunar. Burada isə söhbət ilkin olaraq yalnız Qarabağ ətrafı rayonların qaytarılmasından gedə bilər. Qarabağ problemi isə sonrakı gedişatdan asılıdır. Bu, çox mürəkkəb məsələdir. Əlbəttə, ətraf rayonların qaytarılması da bir irəliləyiş olar. Bir sözlə, bütün vasitələr Rusiyanın əlindədir. Bu məsələ yalnız Moskvadan asılıdır".
Deputat qeyd edib ki, Azərbaycan İran, Rusiya və Türkiyə arasında körpü rolunu oynaya bilər: "Azərbaycanın bu 3 ölkə ilə bütün sahələrdə əmkdaşlıq etmək üçün böyük şansı var. Bunun üçün öncə Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Sülh və barışıq o zaman əldə oluna bilər ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılsın və ədalət bərpa olunsun. Bu, həm də Ermənistan və Azərbaycan arasında hərbi cəhdləri azaldacaq. Hərbiyə ayrılan vəsaitin mülki sahələrə yatırılmasına imkan verəcək. Deməli, əvvəlcə sülh və əmin-əmanlıq bərpa olunmalıdır. Ermənistanla Azərbaycanın əməkdaşlığına gəlincə, məlumdur ki, bu proses yalnız həmin ölkələr arasındakı münaqişənin ortadan qaldırılmasından sonra başlaya bilər".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info