Pensiyaçıların sosial müdafiəsinə aid müsabiqə
Tarix: 03.03.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin, həmçinin sığorta-pensiya sistemində aparılan islahatların Kütləvi İnformasiya Vasitələrində (KİV) daha geniş işıqlandırılmasının təmin olunması məqsədilə “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda müsabiqə elan edir.
Müsabiqənin şərtləri: Müsabiqəyə 23 fevral 2016-cı il tarixdən 23 mart 2016-cı il tarixədək mövzu üzrə qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır. 
Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 23 mart 2016-cı il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir. 
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:
1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla üç yer.
Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:
1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer.
Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.
Eyni zamanda bildiririk ki, komissiyaya Dövlət Sosial Müdafiə Fonduun sədr müavini Zakir Babayev rəhbərlik edir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info