“Patriot” Türkiyəyə 8,5 milyon dollara başa gələcək
Tarix: 25.02.2013 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Suriya raketlərindən qorunmaq məqsədilə NATO-dan sifariş etdiyi “Patriot” zenit-raket kompleksi Türkiyəyə 15 milyon türk lirəsinə (8,5 milyon ABŞ dolları) başa gələcək. Bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.
“Patriot” bizə 15 milyon lirəyə başa gəldi. Lakin bir nəfərin həyatı çəkilən xərclərdən daha vacibdir. Akçakalada Suriya raketlərinin atılması nəticəsində 5 vətəndaşımız həyatını itirib. Hətta bir raket milyona başa gəlsə də, biz bu müdafiə tədbirlərini görürük”-deyə nazir əlavə edib.
O, xatırladıb ki, 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə ilk dəfədir ki, alyansa bu məsələ ilə bağlı müraciət edib.
Qeyd edək ki, Türkiyə ötən ilin noyabr ayında Suriya tərəfindən ola biləcək hər hansı hücumdan müdafiə olunmaq üçün “Patriot” zenit-raket kompleksinin alınması üçün NATO-ya müraciət edib. NATO Şurası isə müsbət qərar verib. Türkiyəyə "Patriot" zenit-raket kompleksinin verilməsinə isə hərəsinə 2 raket kompleksi olmaqla, ABŞ, Niderland və Almaniya razılıq veriblər. Niderlanddan daxil olan raketlər Adana, alman raketləri Qəhrəmanmaraşda və ABŞ-ın kompleksləri Qaziantep şəhərlərində quraşdırılıb.
Nazirin sözlərinə görə, Adana və Qəhrəmanmaraşda raketlərin yerləşdirilməsini Almaniyanın və Niderlandın müdafiə nazirlərilə müzakirə ediblər.
“Mənim hollandiyalı həmkarım soruşdu ki, bu, sizə neçəyə başa gələcək. Mən də cavab verdim ki, ilə 15 milyon lirəyə. Eyni sualla mən ona müraciət edəndə o cavab verdi ki, 40 milyard avroya. Almaniyalı nazir isə təhlükəsizliyin qiymətsiz olduğunu söylədi. Və bu, çox düzgün cavabdır”-deyə Yılmaz bildirib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info