Qeyri-neft məhsullarının istehsalı artırılacaq
Tarix: 03.03.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə güzəştli kreditlərlə logistik mərkəzlər, aqroparklar, heyvandarlıq və istixana kompleksləri, bağçılıq təsərrüfatları yaradılacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ötən illərdə olduğu kimi, 2016-cı ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə 2016-cı ilin ilk işgüzar forumunu martın 3-də Bərdə rayonunun Türkmən kəndində keçirib. 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, müasir istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in, 3 ulduz otelin, cins heyvandarlıq və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilən kreditlər əsasən heyvandarlıq, biyan kökü istehsalı və emalı və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2015-ci ildə sahibkarlıq subyektlərinin 5230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 12000-dən çox yeni iş yerinin açılmasına imkan yaradılıb. 2016-cı ildə qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə güzəştli kreditlər hesabına logistik mərkəzlərin və “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, qarışıq yem, çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı, tikinti materiallarının istehsalı və digər sənaye müəssisələrinin yaradılması və quşçuluğun inkişafı üzrə investisiya layihələrinin, eləcə də kiçik sahibkarlığın maliyyələşdirilməsi nəzərdə tutulur.
Forum çərçivəsində güzəştli kredit ayrılmış Qarabağ Aqrar-Sənaye Kompleksinə baxış keçirilib. Müasir texnologiyalarla təchiz olunmuş, 5 min tonluq logistik mərkəz, 4700 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, ildə 5,4 min ton kəsim gücü olan ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal etmək gücündə olan zavoddan ibarət olan bu kompleksdə 300 nəfər çalışır.
Ümumiyyətlə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 30550 başlıq 25 cins heyvandarlıq kompleksinin, illik emal gücü 207,4 min ton olan 9 süd, illik emal gücü 16,2 min ton ət və 38,2 min ton ət kəsimi olan 8 emal və kəsim müəssisəsinə 140 milyon manata yaxın güzəştli kredit verilib.


İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info