IDEA-nın fəaliyyətinə həsr olunmuş təqdimat keçirilib 
Tarix: 03.03.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA-nın Resurs Mərkəzində Bakı Dövlət Universitetinin torpaqşünaslıq və ekologiya fakültəsinin tələbələri üçün IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş təqdimat keçirilib.
IDEA-dan verilən məlumata görə, təqdimat torpaqşünaslıq və ekologiya fakultəsinin 4-cü kurs tələbələrinin təcrübə proqramı çərçivəsində təşkil edilmiş və 30 nəfər tələbəni əhatə edib.
Tədbirdə IDEA-nın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq təcrübəsi, 5 illik fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlər barədə danışılıb.
Qeyd olunub ki, gənclər bir qayda olaraq, IDEA-nın layihələrinin əsas aparıcı qüvvəsi və uğurlarının təminatçısıdır. Bu xüsusda, tələbələrə İctimai Birliyin fəaliyyətində iştirak yolları barədə məlumat verilib.

Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, IDEA İctimai Birliyinin ekoloji tədris proqramının tərkib hissəsi olaraq ətraf mühit və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə fəaliyyət göstərən gənclərlə mütəmadi olaraq bu cür görüşlər, ekoloji mövzuda elmi seminarlar, təlimlər, müsabiqələr, təqdimat və mühazirələr təşkil edilir.
IDEA ətraf mühit sahələrində təhsil alan bütün gəncləri ekoloji problemlərə və xüsusilə onların həlli yollarına, bu yöndə həyata keçirilən tədbirlərə cəlb etmək, öz sahələrinə marağı artırmaq, ətraf mühitin mühafizəsində əvəzedilməz rola malik olduqlarını nümayiş etdirmək baxımından tələbələrlə keçirilən bu cür görüşləri səmərəli hesab edir.
Respublikamızın digər ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün də 2016-cı il ərzində oxşar təqdimatların keçirilməsini planlaşdırılır. Bu barədə ətraflı məlumat mütəmadi olaraq, mətbuatda yerləşdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib
23.04.2019
“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib
23.04.2019
Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019” adı altında keçiriləcək
23.04.2019
İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info